Vakansiya haqqında
İş yeri: Müasir ofis – Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu
Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək
Məşğulluq növü: Tam ştat
Vəzifə Öhdəlikləri:
Müştərilərlə gündəlik kommunikasiya prosesinə dəstək göstərmək və sorğuların operativ cavablandırılmasına kömək etmək;
Mövcud müştəri hesablarının idarə olunmasında Account Manager-ə dəstək vermək;
CRM sistemində məlumatların düzgün və vaxtında yenilənməsinə nəzarət etmək;
Müştəri layihələrinin gedişatını izləmək, daxili komandalar arasında koordinasiyanı təmin etmək;
Hesabatların, təqdimatların, müqavilə və digər sənədlərin hazırlanmasına yardım etmək;
Müştəri ehtiyaclarını araşdırmaq və əlavə xidmətlər üzrə potensial imkanları müəyyənləşdirməyə dəstək olmaq;
Layihə məlumatlarının (qiymət cədvəlləri, təqdimatlar və s.) yenilənməsi və sistemlərə yerləşdirilməsi;
Komanda daxilində düzgün informasiya axınını və operativ koordinasiyanı təmin etmək;
Müştəri məmnuniyyətinin artırılması üçün proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürmək.
Tələblər:
Biznes, Marketinq, Menecment və ya əlaqəli sahələr üzrə ali təhsil;
Güclü kommunikasiya, yazışma və təşkilati bacarıqlar;
Təfərrüatlara diqqət və çoxsaylı tapşırıqları idarəetmə qabiliyyəti;
MS Office və ya Google Workspace proqramlarında sərbəst işləmə bacarığı;
Komandada işləmə, öyrənməyə açıq və təşəbbüskar olmaq;
Rus dili mütləqdir, ingilis dili arzuolunandır.
CV-lərinizi vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
