Vakansiya haqqında
İş yeri: Müasir ofis – Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu
Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək
Məşğulluq növü: Tam ştat
Vəzifə öhdəlikləri:
Generative AI alətlərindən istifadə edərək sosial media, reklam, video və brend layihələri üçün vizual və video kontentlərin hazırlanmasına dəstək olmaq;
Hazırlanan brief əsasında kreativ ideyaların və vizual istiqamətlərin formalaşdırılmasında iştirak etmək;
Gemini, Magnific AI, Higgsfield AI, Kling AI, Google AI Studio, ChatGPT və digər AI alətlərindən istifadə etmək;
AI vizuallar üçün promptlar hazırlamaq, nəticələri analiz etmək və təkmilləşdirmək;
Video generation üçün motion prompt, camera movement, transition və digər AI yanaşmalarını tətbiq etmək;
Hazırlanan kontentlərin kompozisiya, rəng, işıq, detal və brend uyğunluğunu yoxlamaq;
Dizayn, motion, social media və project management komandaları ilə əməkdaşlıq etmək;
Komanda və müştəri feedback-lərinə əsasən kontentləri yeniləmək və təkmilləşdirmək;
Yeni AI alətlərini və generativ AI trendlərini araşdırmaq və test etmək;
Tapşırıqları müəyyən edilmiş deadline-lara uyğun şəkildə yerinə yetirmək.
Tələblər:
Generative AI və AI image/video generation sahəsinə maraq və praktiki istifadə bacarığı;
Gemini, ChatGPT, Magnific AI, Higgsfield AI, Kling AI, Google AI Studio və digər AI platformaları ilə işləməyə maraq və ya ilkin təcrübə;
Prompt yazılması və AI nəticələrinin təkmilləşdirilməsi üzrə ilkin anlayış;
Vizual düşüncə və kompozisiya, rəng, işıq və dizayn prinsiplərinə maraq;
Kreativ yanaşma və detallara diqqət;
Öyrənməyə açıq olmaq və yeni texnologiyaları araşdırmaq həvəsi;
Komandada işləmək və effektiv kommunikasiya bacarığı;
Rus dili tələb olunur, ingilis dili arzuolunandır.
Portfolio və ya AI ilə hazırlanmış iş nümunələrinin olması üstünlükdür.
CV-lərinizi vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
