Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Main Steel MMC

Anbardar

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Peşəkar bacarıqlarına güvənən, özünü inkişaf etdirməyə maraqlı və dinamik iş mühitində uğur qazanmaq istəyən namizədləri “Main Steel” komandasının bir parçası olmağa dəvət edirik. Vəzifə öhdəlikləri: Anbar təsərrüfatının idarə edilməsi və mal-materialların düzgün saxlanılmasını təmin etmək; Anbara daxil olan mal-materialların qəbulunu, yerləşdirilməsini, mühafizəsini və anbardan buraxılmasını təşkil etmək; Mal-materialların müşayiətedici sənədlərə uyğunluğunu yoxlamaq və müvafiq sənədləşməni aparmaq; Materialların çeşidlənməsi, düzgün yerləşdirilməsi və komplektləşdirilməsini təmin etmək; Anbarda mal-materialların uçotunu və hərəkəti ilə bağlı hesabatların aparılmasını təmin etmək; Yükləmə-boşaltma işlərini və materialların anbar daxilində düzgün yerləşdirilməsini təşkil etmək; Materialların xarab olmasının və itkilərin qarşısının alınması üçün mühafizə tədbirlərini həyata keçirmək; Anbarda yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək. Vakant vəzifə üzrə tələblər: Ali təhsil Yaş həddi: 25-45 Oxşar sahədə iş təcrübəsi Office proqramlarında işləmək bacarığı (Excel biliyi yaxşı səviyyədə) Xahiş edirik, yalnız Qobustan, Hacıqabul, Navahı, Ələt, və Qaradağ ərazisində yaşayan namizədlər müraciət etsinlər. İş şəraiti: Əmək haqqı – 900 AZN (net) İş qrafiki: 6 gün Nahar fasiləsi: 13:00 – 14:00. Sizə nə təklif edirik? Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə; Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət; Nahar şirkət tərəfindən təmin edilməsi; Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.