Vakansiya haqqında
İş haqqında:
Azroksan MMC istehsal və keyfiyyətə nəzarət proseslərinin etibarlılığını təmin etmək məqsədilə Dağıdıcı Olmayan Müayinələr Texniki (NDT) vəzifəsi üzrə peşəkar namizəd axtarır. Bu vəzifə çərçivəsində siz müxtəlif sənaye avadanlıqları və konstruksiyalarda qüsurların aşkarlanması, analiz edilməsi və hesabatlandırılması işlərini həyata keçirəcəksiniz.
Əsas vəzifələr:
İstehsal və istismar proseslərində istifadə olunan material və avadanlıqlar üzərində dağıdıcı olmayan müayinə üsullarının (UT, RT, MT, PT və s.) tətbiqi
Müayinə tələblərinin və yoxlama metodlarının standartlara uyğun şəkildə müəyyən edilməsi
Müvafiq standart və prosedurlara uyğun testlərin aparılması və nəticələrin analiz edilməsi
Müayinə nəticələrinin sənədləşdirilməsi və texniki hesabatların hazırlanması
Aşkarlanmış qüsurların qiymətləndirilməsi və risk analizinin aparılması
İstehsal və dizayn komandaları ilə koordinasiyalı şəkildə keyfiyyət problemlərinin araşdırılması və həllinə dəstək
Avadanlıq və materialların qəbul (incoming), proses və yekun yoxlamalarının həyata keçirilməsi
Test avadanlıqlarının düzgün istismarı, kalibrlənməsi və texniki vəziyyətinə nəzarət
Müvafiq standartlar (ASME, ISO, EN və s.) üzrə yeniliklərin izlənməsi və tətbiqi
Zəruri hallarda FAT və SAT proseslərində iştirak və yoxlamaların aparılması
Təhlükəsizlik qaydalarına uyğun olaraq işlərin icrası
Müayinə prosedurlarının hazırlanması və təkmilləşdirilməsi
Tələblər:
Texniki sahə üzrə ali və ya orta ixtisas təhsili
NDT sahəsində minimum 2-3 il iş təcrübəsi
UT, RT, MT, PT metodları üzrə sertifikat (EN ISO 9712 və ya ekvivalent – Level II və ya üstünlük Level III)
Texniki çertyojları və standartları oxuma bacarığı
Analitik düşünmə və detallara diqqət
Komanda ilə işləmə və effektiv kommunikasiya bacarığı
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməli və mövzu sətrində “Dağıdıcı Olmayan Müayinələr Texniki (NDT)” qeyd etməlidirlər.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
