Vakansiya haqqında
Baku Holiday Travel komandası SMM üzrə Mütəxəssis vakansiyası elan edir.
Əgər səyahət hekayələrini ekranda canlandırmaq, trendi tutmaq və hər postun arxasında nəticə görmək sizin güclü tərəfinizdirsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
Instagram, TikTok, Facebook, LinkedIn və digər platformaların idarə edilməsi
Kreativ və satış yönümlü kontent ideyalarının hazırlanması
Həftəlik və aylıq kontent planının hazırlanması
Reels, Stories və postların hazırlanması və paylaşılması
Trend və viral kontentlərin izlənilməsi və tətbiqi
Foto/video çəkilişlərinin təşkili və kontent istehsalına nəzarət
Rəqiblərin və bazarın analiz edilməsi
Sosial media nəticələrinin izlənilməsi və hesabatların hazırlanması
Marketinq və satış komandası ilə koordinasiyalı işləmək
Namizədə tələblər:
Ali təhsil (turizm, menecment və ya digər əlaqəli sahələr üzrə təhsil almış namizədlərə üstünlük veriləcək)
SMM sahəsində minimum 1-2 il iş təcrübəsi
Azərbaycan dilində səlis yazı və danışıq
Rus və ingilis dili biliyi üstünlükdür
Kreativ düşüncə və güclü vizual zövq
Instagram və TikTok trendlərinə hakimlik
Canva, CapCut və oxşar proqramlarla işləmək bacarığı
Güclü kommunikasiya bacarığı
Komandada işləmək və operativ qərarvermə bacarığı
Biz nə təklif edirik?
Dinamik və peşəkar iş mühiti
Turizm sektorunda maraqlı və yaradıcı layihələr üzərində işləmək imkanı
Peşəkar inkişaf və davamlı öyrənmə imkanları
Kreativ ideyaların dəstəkləndiyi və qiymətləndirildiyi komanda mühiti
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “SMM üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
