Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Caspian Prof Cosmetics

Satış Təmsilçisi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Caspian Prof Cosmetics MMC — Wella Professionals və Londa Professional brendlərinin Azərbaycanda rəsmi distribyutorudur və komandamıza Satış Təmsilçisi axtarır. Vəzifə öhdəlikləri: Wella Professionals məhsullarını təqdim etmək və yeni salonlarla aktiv əməkdaşlıq qurmaq; Yeni müştərilərin axtarışı və cəlb edilməsi; Mövcud müştərilərlə əlaqələrin qorunması və inkişaf etdirilməsi; Salonlara mütəmadi səfərlər və məhsullar haqqında təqdimatların keçirilməsi; Satış planlarının yerinə yetirilməsi və nəticələrin artırılması; Bazar və peşəkar saç baxımı sahəsində yeni tendensiyaları izləmək; Müştərilərin ehtiyaclarını müəyyən etmək və uyğun məhsul həlləri təklif etmək. Namizədə tələblər: Yaş: 25–45 yaş; Satış sahəsində 1 ildən 3 ilə qədər iş təcrübəsi; Kosmetika, gözəllik və ya peşəkar saç baxımı sahəsində təcrübə arzuolunandır; Wella Professionals brendi haqqında məlumatlı olmaq üstünlükdür; Şəxsi avtomobilin olması üstünlükdür, lakin məcburi deyil; Əla ünsiyyət və danışıqlar aparmaq bacarığı; Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticə yönümlülük; Komandada işləmək bacarığı; Azərbaycan və rus dillərini yaxşı bilmək; Qadın namizədlərə üstünlük verilir. Təhsil: Vacib deyil Biz nə təklif edirik: Rəqabətli əmək haqqı və bonus sistemi; Peşəkar inkişaf və təlim imkanları; İşin bütün mərhələlərində dəstək; Mehriban və peşəkar komanda; Beynəlxalq və tanınmış Wella Professionals brendi ilə işləmək imkanı; Gözəllik və peşəkar saç baxımı sahəsində inkişaf etmək üçün perspektivli iş mühiti. İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00–18:00 Şənbə: 10:00–14:00 Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.