Vakansiya haqqında
Meloc Smart MMC — elektron və smart qapı kilidlərinin satışı ilə məşğul olan şirkət olaraq komandamıza B2B Satış Meneceri axtarırıq.
Vəzifə öhdəlikləri:
Yeni şirkət və potensial müştərilərin araşdırılması və tapılması
B2B müştərilərlə telefon və digər kommunikasiya kanalları vasitəsilə əlaqə saxlamaq
Şirkətlərə smart qapı kilidləri haqqında məlumat vermək və məhsulları təqdim etmək
Potensial müştərilərlə görüşlər və satış prosesini idarə etmək
Yeni əməkdaşlıq imkanlarının araşdırılması
Satış hədəflərinə uyğun işləmək və müştəri bazasını genişləndirmək
İş şəraiti
İş qrafiki: Həftədə 5 gün
Saat 12:00 – 18:00
Ünvan: Qara Qarayev
Əmək haqqı: 300 AZN + KPI / satış faizi
Satış nəticələrindən asılı olaraq orta aylıq gəlir 600–1200 AZN aralığında ola bilər.
Namizədə tələblər:
Satış sahəsində təcrübə
Telefonla müştərilərlə rahat və inamlı danışmaq bacarığı
Ünsiyyət və təqdimat bacarığı
Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq
Yeni müştərilər tapmaq və satış həyata keçirmək həvəsi
Kişi namizədlərə üstünlük verilir
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Wp: +994102395888
Əgər satış sahəsində özünüzə güvənirsinizsə və yüksək nəticə göstərərək gəlirinizi artırmaq istəyirsinizsə, CV-nizi bizə göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
