Vakansiya haqqında
İş yeri: Bakı şəhəri
Əmək haqqı: 2000–2500 AZN
Vəzifə öhdəlikləri
Tikinti layihələrində işlərin təsdiq edilmiş qrafik, layihə sənədləri, prosedurlar və müqavilə tələblərinə uyğun icrasına nəzarət etmək;
İşlərin icra ardıcıllığını və layihə qrafikini izləmək;
Proses üzrə gecikmələri, riskləri və potensial problemləri vaxtında müəyyənləşdirmək;
Uyğunsuzluqları izləmək və onların aradan qaldırılması prosesinə nəzarət etmək;
Layihənin icra vəziyyəti üzrə həftəlik və aylıq proses hesabatları hazırlamaq;
İşlərin gedişatı və proses göstəriciləri barədə rəhbərliyə mütəmadi məlumat vermək;
Təsdiq edilmiş layihə sənədləri, prosedurlar və müqavilə tələbləri əsasında prosesə nəzarəti həyata keçirmək.
Tələblər
Minimum 5 il müvafiq iş təcrübəsi;
Tikinti layihələrində prosesə nəzarət və layihə icrası üzrə təcrübə;
Ən azı 2 analoji tikinti layihəsində iştirak;
İş qrafiki və işlərin icra ardıcıllığına nəzarət bacarığı;
Gecikmə və risklərin müəyyən edilməsi və təhlili bacarığı;
Hesabat hazırlama və analitik düşünmə qabiliyyəti;
MS Office, xüsusilə Excel proqramında işləmə bacarığı;
Azərbaycan dilində peşəkar hesabat hazırlama bacarığı;
İngilis dili biliyi.
CV-də qeyd olunmalıdır
Ad, soyad;
Təhsil və ixtisas;
Müvafiq iş təcrübəsi (il ilə);
Analoji layihələrin sayı;
Analoji layihələrin adları;
Həmin layihələrdə tutduğu vəzifə və əsas funksiyalar.
Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Prosesə Nəzarət Mütəxəssisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
