Vakansiya haqqında
İş yeri: Bakı şəhəri
Əmək haqqı: 3000–3500 AZN
Vəzifə öhdəlikləri
Tikinti-quraşdırma, gücləndirmə və təmir-bərpa işlərinin layihə, AzDTN, ISO və digər normativ tələblərə uyğunluğuna nəzarət etmək;
Podratçıların QA/QC proseslərini, Keyfiyyət İdarəetmə Planı (QAP/QMP) və prosedurlarını yoxlamaq və monitorinq etmək;
Sahə keyfiyyət yoxlamalarını planlaşdırmaq, təşkil etmək və ITP əsasında icrasına nəzarət etmək;
Texniki və keyfiyyət risklərini müəyyənləşdirmək, qiymətləndirmək və preventiv tədbirlər üzrə təkliflər vermək;
Material və avadanlıqların layihə, spesifikasiya və təsdiq edilmiş MAR sənədlərinə uyğunluğunu yoxlamaq;
Uyğunsuzluqları (NCR/Observation) müəyyən etmək, qeydiyyata almaq, düzəldici tədbirlərin icrasını və NCR-lərin bağlanmasını izləmək;
Təkrarlanan keyfiyyət problemlərinin kök səbəblərini təhlil etmək və CAR-ların effektivliyini qiymətləndirmək;
Layihənin təhvil-təslim və istismara verilməsi üçün keyfiyyət sənədlərinin tamlığına nəzarət etmək;
Həftəlik və aylıq keyfiyyət/proses hesabatlarını və NCR izləmə cədvəllərini hazırlamaq.
Tələblər
İnşaat mühəndisliyi, memarlıq, mühəndislik və ya tikinti idarəetməsi üzrə ali təhsil;
Tikinti və ya daşınmaz əmlak layihələrində minimum 5 il, aparıcı KT/KN (QA/QC) mühəndisi kimi təcrübə;
Sifarişçi və ya nəzarətçi təşkilatda keyfiyyət idarəetməsi üzrə təcrübəyə üstünlük verilir;
AzDTN, EN və ISO 9001 standartları üzrə yaxşı/dərin bilik;
Layihə sənədləri, IFC çertyojları, ITP, QAP/QMP və MAR sənədləri ilə işləmə bacarığı;
Azərbaycan Respublikasının əməyin mühafizəsi və ekoloji qanunvericiliyi üzrə bilik;
Güclü analitik, kommunikasiya və hesabat hazırlama bacarığı;
AutoCAD və MS Office, xüsusilə qabaqcıl Excel bilikləri;
İngilis dili biliyi;
ISO 9001 Lead Auditor, IRCA və ya ekvivalent sertifikatların olması üstünlükdür.
Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Keyfiyyətə Nəzarət Mühəndisi (QA/QC)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
