Vakansiya haqqında
İş yeri: Bakı şəhəri
Əmək haqqı: 3000–3500 AZN
Vəzifə öhdəlikləri
Tikinti-quraşdırma, söküntü, gücləndirmə və təmir-bərpa layihələrində konstruksiya işlərinin layihə, AzDTN, standart və müqavilə tələblərinə uyğunluğuna nəzarət etmək;
Dəmir-beton, metal və digər konstruksiya işlərinin keyfiyyətini sahədə yoxlamaq və ITP əsasında nəzarəti həyata keçirmək;
Sahə yoxlamalarını planlaşdırmaq, təşkil etmək və nəticələr üzrə monitorinq hesabatları hazırlamaq;
Texniki və keyfiyyət risklərini müəyyənləşdirmək, qiymətləndirmək və rəhbərliyə/Sifarişçiyə təqdim etmək;
Material və avadanlıqların layihə, spesifikasiya və təsdiq edilmiş MAR sənədlərinə uyğunluğunu yoxlamaq;
Uyğunsuzluqları (NCR) müəyyən etmək, qeydiyyata almaq və aradan qaldırılması prosesini izləmək;
Keyfiyyətsiz və ya layihədən kənar işlərlə bağlı rəy və düzəldici tədbirlər üzrə tövsiyələr vermək;
İşlərin qəbul proseslərində Sifarişçi nümayəndəsi kimi iştirak etmək;
Layihənin təhvil-təslim və istismara verilməsi üçün keyfiyyət və texniki sənədlərin tamlığına nəzarət etmək;
Həftəlik, aylıq və rəhbərlik üçün tələb olunan hesabatları hazırlamaq.
Tələblər
İnşaat mühəndisliyi üzrə ali təhsil;
Tikinti və ya daşınmaz əmlak layihələrində minimum 5 il konstruksiya üzrə iş təcrübəsi;
Sifarişçi və ya nəzarətçi təşkilatda konstruktor/keyfiyyət nəzarəti üzrə təcrübəyə üstünlük verilir;
AzDTN, tikinti norma və qaydaları və beynəlxalq standartlar üzrə bilik;
Layihə sənədləri, IFC çertyojları, ITP və MAR sənədləri ilə işləmə bacarığı;
AutoCAD və MS Office, xüsusilə Excel bilikləri;
Güclü analitik, kommunikasiya və hesabat hazırlama bacarığı;
Layihə sahələrinə mütəmadi səfər etmək imkanı;
İngilis dili biliyi.
Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Konstruksiya üzrə Keyfiyyətə Nəzarət Mühəndisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
