Vakansiya haqqında
İş yeri: Bakı şəhəri
Əmək haqqı: 2500–3000 AZN
Vəzifə öhdəlikləri
Söküntü, tikinti-quraşdırma, gücləndirmə və təmir-bərpa layihələrində mexaniki işlərin layihə, AzDTN, standart və müqavilə tələblərinə uyğunluğuna nəzarət etmək;
Mexaniki işlər üzrə sahə yoxlamalarını planlaşdırmaq, təşkil etmək və ITP əsasında keyfiyyət nəzarətini həyata keçirmək;
Texniki və keyfiyyət risklərini müəyyənləşdirmək, qiymətləndirmək və Sifarişçiyə təqdim etmək;
Material və avadanlıqların layihə, spesifikasiya və təsdiq edilmiş MAR sənədlərinə uyğunluğunu yoxlamaq;
Podratçıların icra etdiyi işlərin keyfiyyətinə nəzarət etmək və işlərin qəbul proseslərində iştirak etmək;
Uyğunsuzluqları (NCR) müəyyənləşdirmək, qeydiyyata almaq və aradan qaldırılması prosesini izləmək;
Keyfiyyətsiz və ya layihədən kənar işlərlə bağlı texniki rəy və düzəldici tədbirlər üzrə tövsiyələr vermək;
Layihənin təhvil-təslim və istismara verilməsi üçün keyfiyyət və texniki sənədlərin tamlığına nəzarət etmək;
Həftəlik, aylıq və rəhbərlik üçün tələb olunan hesabatları hazırlamaq.
Tələblər
Mexanika mühəndisliyi üzrə ali təhsil;
Tikinti və ya daşınmaz əmlak layihələrində minimum 5 il mexanika üzrə iş təcrübəsi;
Sifarişçi və ya nəzarətçi təşkilatda keyfiyyət idarəetməsi üzrə təcrübəyə üstünlük verilir;
AzDTN, Şəhərsalma və Tikinti Məcəlləsi və beynəlxalq tikinti standartları üzrə bilik;
Layihə sənədləri, IFC çertyojları, ITP və MAR sənədləri ilə işləmə bacarığı;
AutoCAD və MS Office, xüsusilə qabaqcıl Excel bilikləri;
Güclü analitik, kommunikasiya və hesabat hazırlama bacarığı;
Layihə sahələrinə mütəmadi səfər etmək imkanı;
İngilis dili biliyi.
Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Mexanika üzrə Keyfiyyətə Nəzarət Mühəndisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
