Vakansiya haqqında
İş yeri: Bakı şəhəri
Əmək haqqı: 2500–3000 AZN
Vəzifə öhdəlikləri
Tikinti-quraşdırma və təmir-bərpa layihələrində elektrik və zəif axın işlərinin layihə, AzDTN, qanunvericilik, standartlar və müqavilə tələblərinə uyğunluğuna nəzarət etmək;
Sahə yoxlamalarını planlaşdırmaq, təşkil etmək və nəticələr üzrə monitorinq hesabatları hazırlamaq;
Elektrik işlərinin ITP (Inspection and Test Plan) əsasında yoxlanılmasını və qəbul proseslərində texniki nəzarəti həyata keçirmək;
Layihə, texniki və keyfiyyət risklərini müəyyənləşdirmək, qiymətləndirmək və rəhbərliyə təqdim etmək;
Material və avadanlıqların layihə və spesifikasiyalara, həmçinin təsdiq edilmiş sənədlərə uyğunluğunu yoxlamaq;
Uyğunsuzluqları (NCR) müəyyənləşdirmək, qeydiyyata almaq və aradan qaldırılmasını izləmək;
Layihədən kənar və keyfiyyətsiz işlərin düzəldilməsi ilə bağlı tövsiyələr vermək;
Layihənin təhvil-təslim və istismara verilməsi üçün keyfiyyət və texniki sənədlərin tamlığına nəzarət etmək;
Həftəlik, aylıq və rəhbərlik üçün zəruri hesabatlar hazırlamaq.
Tələblər
Elektrik mühəndisliyi üzrə ali təhsil;
Tikinti və ya daşınmaz əmlak layihələrində minimum 5 il elektrik mühəndisi kimi iş təcrübəsi;
Sifarişçi və ya nəzarətçi təşkilatda keyfiyyət idarəetməsi üzrə təcrübəyə üstünlük verilir;
AzDTN, Şəhərsalma və Tikinti Məcəlləsi və beynəlxalq tikinti standartları üzrə bilik;
Layihə və IFC çertyojlarını oxuma və sahədə tətbiqinə nəzarət bacarığı;
AutoCAD və MS Office, xüsusilə qabaqcıl Excel bilikləri;
Güclü analitik, kommunikasiya və hesabat hazırlama bacarığı;
İngilis dili biliyi.
Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Elektrik işləri üzrə Keyfiyyətə Nəzarət Mühəndisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
