Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vertex

Komandamıza peşəkar və təcrübəli Layihə üzrə koordinator / Sahə Nəzarətçisi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə Öhdəlikləri: Elektrik və mexaniki işlərin yerində baxışının keçirilməsi və qiymətləndirilməsi; Smetaların tərtib edilməsi və hazırlanması; Sifarişçilərdən daxil olan sorğuların qiymətləndirilməsi və tələb olunan işçi qüvvəsinin müəyyənləşdirilməsi; Layihə sahəsində işlərin düzgün, keyfiyyətli və təhlükəsiz şəkildə icra olunmasına nəzarət edilməsi; İşçilərin gündəlik fəaliyyətinin izlənilməsi və koordinasiya edilməsi; Layihə planına uyğun olaraq iş qrafikinin icrasının təmin edilməsi; Təchizat, material və avadanlıqların vaxtında çatdırılmasına və düzgün istifadəsinə nəzarət edilməsi; İş təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət olunmasının təmin edilməsi; Müştərilərlə davamlı ünsiyyətin və layihə üzrə koordinasiyanın təmin edilməsi; Müştəri və rəhbərlik üçün gündəlik hesabatların hazırlanması; Layihə sahəsində yaranan problemlərin və gecikmələrin vaxtında müəyyən edilərək həll olunması. Tələblər: Müvafiq vəzifə üzrə 8–10 il iş təcrübəsi; Azərbaycan dili sərbəst, İngilis dili yaxşı səviyyədə, Rus dili biliyi arzuolunandır; Sahə üzrə müvafiq sertifikatların olması üstünlükdür; MS Office proqramları üzrə yaxşı bilik, AutoCAD biliyi üstünlükdür; Layihə idarəetməsi və komanda rəhbərliyi bacarığı; İş təhlükəsizliyi və əməyin mühafizəsi standartları haqqında bilik; Güclü ünsiyyət, koordinasiya və təşkilatçılıq bacarıqları; İş qrafiki: həftənin 5 günü, 08:00–17:00; İş yeri: Bakı-Salyan yolu. Təklif Edirik: Vəzifə üzrə əmək haqqı 2000 AZN+ KPİ bonus sistemi Rəsmi əmək müqaviləsi İş şəraitinə uyğun avadanlıq və dəstək Peşəkar inkişaf imkanları: təlimlər, kurslar, yüksəlmə və bacarıqların artırılması üçün imkanlar. Əlavə iş saatları Azərbaycan qanunvericiliyinə uyğun ödənilməsi Yalnız vakansiyaya uyğun olan və qeyd olunan vəzifə öhdəliklərinə malik namizədlər öz CV-lərini mövzuda Layihə üzrə koordinator/Sahə Nəzarətçisi qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.