Vakansiya haqqında
Galeon Seafood MMC komandasına Kiçik Anbardar vəzifəsinə əməkdaş axtarır.
Vəzifə öhdəlikləri
Məhsulların düzgün yerləşdirilməsini və saxlanma qaydalarına uyğunluğunu təmin etmək;
Anbar üzrə gündəlik işlərin və məhsul hərəkətinin nəzarətdə saxlanılmasında iştirak etmək;
Məhsulların sayım və inventarizasiya proseslərində iştirak etmək;
Anbarın səliqəli və nizamlı saxlanılmasını təmin etmək;
Rəhbərin verdiyi digər aidiyyəti tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
Yaş: 23–40;
Anbar sahəsində iş təcrübəsi arzuolunandır;
Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
Komanda ilə işləmək bacarığı;
Fiziki işə uyğunluq;
İş prosesində operativ və dəqiq olmaq.
İş şərtləri
İş qrafiki: 6 günlük;
Əmək haqqı: 700 AZN NET;
Əlavə: 120 AZN yemək pulu;
İş yeri: Qaradağ rayonu, 1C, Lökbatan–Şubani yolu, 1-ci km.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
