Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Azdizayn Group

Satınalma üzrə mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Şirkətin fəaliyyət istiqamətinə uyğun olaraq kafel, keramoqranit, xırdavat, santexnika və digər tikinti materialları üzrə satınalma proseslərinin həyata keçirilməsi; Yerli və xarici bazarın, xüsusilə tikinti materialları bazarının mütəmadi araşdırılması və bazar qiymətlərinin monitorinqi; Yerli və xarici təchizatçıların araşdırılması, yeni və etibarlı təchizatçıların müəyyən edilməsi; Xarici təchizatçılarla ingilis dilində yazışmaların və işgüzar danışıqların aparılması; Təchizatçılardan kommersiya təkliflərinin alınması, qiymət, keyfiyyət, məhsul çeşidi, ödəniş və çatdırılma şərtlərinin müqayisəli təhlilinin aparılması; Məhsulların bazar tələbatının və satış potensialının araşdırılması; Yeni məhsulların və istehsalçıların araşdırılması və şirkət üçün uyğun məhsulların təklif edilməsi; Sifarişlərin hazırlanması və təchizat prosesinin sifarişdən çatdırılmaya qədər izlənilməsi; İdxal olunan məhsullar üzrə xarici təchizatçılar, logistika və çatdırılma prosesləri ilə bağlı işlərin koordinasiyası; Proforma invoice, invoice, packing list və digər satınalma sənədlərinin yoxlanılması; Mövcud təchizatçılarla əməkdaşlığın davam etdirilməsi və işgüzar münasibətlərin idarə olunması; Satınalma üzrə qiymət və şərtlərin optimallaşdırılması, daha sərfəli təkliflərin müəyyən edilməsi; Satınalma prosesləri ilə bağlı rəhbərliyə müvafiq hesabatların hazırlanması və təqdim edilməsi. Namizədə tələblər: Ali təhsil; Satınalma sahəsində minimum 3 il iş təcrübəsi; Yerli və xarici bazarı, xüsusilə tikinti materialları bazarını yaxşı bilmək; İngilis dilini yaxşı səviyyədə bilmək və xarici təchizatçılarla sərbəst ünsiyyət qurmaq bacarığı; Kafel, keramoqranit, xırdavat, santexnika və digər tikinti materialları üzrə bazar və məhsul məlumatlarına sahib olmaq; Yerli və xarici təchizatçıların axtarışı və qiymətləndirilməsi üzrə təcrübə; MS Office proqramlarında, Mikro, xüsusilə Excel-də işləmək bacarığı; Analitik düşüncə, qiymət müqayisəsi və bazar təhlili aparmaq bacarığı; Güclü danışıqlar aparmaq və kommunikasiya bacarığı; Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq; Komanda ilə işləmək və iş prosesini düzgün planlaşdırmaq bacarığı. Əmək şəraiti: Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Pozitiv və dinamik iş mühiti; İş qrafiki: Bazar ertəsi – Şənbə (6 gün); İş vaxtı: 09:00–18:00; Əmək haqqı 800-1000 Azn Ünvan: Nərimanov, Əhməd Rəcəbli küç 208 Vakansiyaya müraciət üçün CV-ləri “Satınalma üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.