Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

GFC MMC

Nəqliyyat koordinatoru

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi Namizədə aid tələblər: Ali təhsilli olması; Müvafiq vəzifədə 3 ildən az olmayaraq iş təcrübəsi; Səlis azərbaycan dili bilikləri; Komandada işləmək bacarığı; Yüksək müşahidə qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik; Nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi və nəzarəti üzrə bacarıqlar; Operativ qərarvermə və problem həll etmə bacarığının olması; Dinamik iş mühitində işləmə bacarığının olması; Sürücülərlə və digər struktur bölmələrlə effektiv kommunikasiya qurmaq bacarığının olması; AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır. Əsas vəzifə öhdəlikləri: Sürücülərin gündəlik iş qrafiklərinin və marşrutlarının planlaşdırılması və koordinasiya edilməsi; Sürücülərin işə gəliş-gedişinə, davamiyyətinə, intizam qaydalarına və iş rejiminə nəzarət edilməsi; Marşrutların icrasının izlənilməsi, gecikmələrin səbəblərinin araşdırılması və yaranan problemlərin operativ şəkildə həll edilməsi; Məhsul və yüklərin çatdırılma prosesinin fasiləsiz və vaxtında həyata keçirilməsinə nəzarət edilməsi; Çatdırılma prosesində yaranan operativ problemlərin müəyyənləşdirilməsi və aidiyyəti struktur bölmələrlə koordinasiya edilərək vaxtında həll edilməsi; Restoranlarla mütəmadi əlaqə saxlanılması, məhsul və yüklərin çatdırılma qrafiklərinin həftəlik və aylıq əsasda planlaşdırılması və koordinasiya edilməsi; Filiallar, anbar və logistika komandası ilə operativ koordinasiyanın təmin edilməsi; Nəqliyyat vasitələrinin səmərəli istifadəsinin və marşrutların optimallaşdırılmasının təmin edilməsi; Yol vərəqələri, təhvil-təslim aktları və digər nəqliyyat sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsinə nəzarət edilməsi; Sürücülərin təhlükəsizlik qaydalarına, yol hərəkəti qaydalarına və şirkətin daxili prosedurlarına riayət etməsinin təmin edilməsi; Nəqliyyat vasitələrinin texniki vəziyyəti ilə bağlı aşkar edilmiş nasazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, nəqliyyat vasitələrinin servisə yönləndirilməsi və təmir prosesinə nəzarət edilməsi; GPS monitorinq sistemi vasitəsilə nəqliyyat vasitələrinin hərəkətinə nəzarət edilməsi; Kamera və sensorlar vasitəsilə həyata keçirilən nəzarətin izlənilməsi, yaranan problemlərin araşdırılması və müvafiq hesabatların hazırlanması; Nəqliyyat vasitələri üzrə təkrarlanan pozuntuların təhlil edilməsi, onların qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi və rəhbərliyə hesabat təqdim edilməsi; Gündəlik və aylıq fəaliyyət üzrə hesabatların hazırlanması və təqdim edilməsi. İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; Müasir idarəetmə sistemi və mehriban kollektiv; İş rejimi - 6 günlük. Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Nəqliyyat koordinatoru” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.