Vakansiya haqqında
Tələblər:
Excel proqramında işləməyi bacarırsınız (formulalar, cədvəllər, məlumat analizi və s.);
Tikinti sahəsində karyera qurmaq və inkişaf etmək istəyirsiniz;
Yüksək motivasiyaya və öyrənməyə açıq bir insansınız;
Vəzifə təlimatı:
Texniki ofis operatoru birbaşa Texnik Ofis menecerinə tabedir;
IPS Database-in hazırlanması və yoxlanması;
IPS hesabatların tərtib olunması və izlənməsi;
Gündəlik hesabatların yoxlanması;
Xərclərə kodların qoyulması;
Layihələr üzrə xərclərin bölüşdürülməsi və onlara nəzarət;
Təchizat və Maliyyə Departamentindən gələn sənədlərin yoxlanılması və Kommersiya Menecerinə təqdim edilməsi;
Həyata keçirilmiş xərclərin təhlili və onlar üzrə yekun hesabatların hazırlanması;
İcarə və servis xidmətinin yoxlanılması, aktların hazırlanması və ödənişə təqdim edilməsi;
Rəhbərlik tərəfindən daxil olan bütün tapşırıqları vaxtında yerinə yetirmək.
Vacib qeyd: iş yeri tikinti gedən regionlardadır.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Subject: “Texniki ofis operatoru (Bölgələr)
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
