Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Xırman

Daxili nəzarət üzrə mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Əsas vəzifə və öhdəliklər: Şirkətinin filial, anbar, istehsalat və digər sahələrində daxili nəzarət prosedurlarını həyata keçirmək; Ərazilərdə fəaliyyət göstərən merçandayzerlərin işinə nəzarət etmək və "check-list" (yoxlama vərəqəsi) əsasında yoxlamalar aparmaq; Satış şəbəkələri və borclular ilə mütəmadi qarşılıqlı üzləşmələr həyata keçirmək, hesablaşmaların düzgünlüyünü yoxlamaq; Satınalma, anbar, logistika, yanacaq, material və digər əməliyyatların şirkətin təsdiq edilmiş qaydalarına uyğunluğunu yoxlamaq; Material ehtiyatları, texnika, yanacaq və digər aktivlərin təyinatı üzrə istifadəsinə və qorunmasına nəzarət etmək; Dövri inventarizasiya və sayımlarda iştirak etmək, yaranan uyğunsuzluqları araşdırmaq; Potensial saxtakarlıq, mənimsəmə və digər pozuntu əlamətlərini müəyyən edərək rəhbərliyə məlumat vermək; Daxili nəzarət fəaliyyətlərinə dair dövri hesabatlar hazırlamaq. Tələblər İqtisadiyyat, Maliyyə və ya Hüquq üzrə ali təhsil; Daxili Audit, Risklərin İdarə edilməsi, Daxili Nəzarət, Maliyyə və ya Mühasibatlıq sahəsində 1-3 il iş təcrübəsi (FMCG, satış və ya istehsalat sahəsində təcrübə üstünlükdür); Sahə üzrə arzu olunan sertifikatlar (ACCA, PMS və s.); Rus və İngilis dilləri arzuolunandır; Biznes proseslərin təşkili və strukturu üzrə biliklər; Riskin idarə edilməsi, nəzarət mexanizmləri və müasir nəzarət strukturları barədə nəzəri və praktiki biliklər; 1C Microsoft Office (xüsusilə Excel) və müvafiq uçot proqramlarında işləmə bacarığı; Strateji düşüncə və uzunmüddətli planlama bacarığı; Yeni sistemlərin tətbiqi zamanı komandanı uyğunlaşdırmaq və dəyişiklikləri effektiv idarə etmək bacarığı; Məlumatların təhlili, üzləşmələrin aparılması və hesabatların hazırlanması üzrə yüksək bacarıqlar; Müxtəlif departamentlərlə (satış, anbar, mühasibatlıq və s.) effektiv əməkdaşlıq bacarıqları; Digər Məlumatlar: İş qrafiki: 6 günlük Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək Ünvan: Binəqədi yolu 100 Nahar şirkət tərəfindən təmin edilir CV-lərinizi vakansiyanın adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.