Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Digismart tech MMC

Kiçik mühəndis elektronçu

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Karyera qurmaq və peşəkar komandaya qoşulmaq istəyənlər üçün əla imkan – Kiçik mühəndis elektronçu vakansiyası üzrə əməkdaş axtarırıq! Tələb olunan bacarıqlar: Elektronika, elektrotexnika, elektron mühəndisliyi və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili; Elektron komponentlər və elektronika üzrə əsas biliklər; Elektrik və elektron sxemləri oxuma bacarığı; Ölçü cihazları ilə işləmə bacarığı; Texniki sənədlərlə işləmə bacarığı; MS Office proqramlarında ilkin səviyyədə işləmə bacarığı; Məsuliyyətli, diqqətli və öyrənməyə həvəsli olmaq; Komandada işləmək bacarığı; Azərbaycan dili biliyi; rus və ingilis dili biliyi üstünlükdür; İş təcrübəsi üstünlükdür, müvafiq sahə üzrə yeni məzunlar və az təcrübəli namizədlər də müraciət edə bilərlər. Vəzifə öhdəlikləri: Elektron avadanlıqların quraşdırılması, sazlanması və texniki xidmətinin həyata keçirilməsi; Elektron komponentlərin və cihazların diaqnostikası və nasazlıqlarının müəyyən edilməsi; Elektrik və elektron sxemlərin oxunması və təhlili; Avadanlıqların texniki göstəricilərinin yoxlanılması və sınaqların aparılması; Elektron sistemlərin montajı və inteqrasiyasında iştirak; Ölçü cihazlarından və müvafiq texniki avadanlıqlardan istifadə; Aşkar edilmiş nasazlıqların aradan qaldırılmasında iştirak; Texniki sənədlərin, hesabatların və görülmüş işlər üzrə qeydlərin hazırlanması; Avadanlıqların texniki təhlükəsizlik və istismar qaydalarına uyğun istifadəsinin təmin edilməsi; Rəhbərliyin verdiyi texniki tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi. İş şəraiti: İş rejimi: Tam iş günü İş qrafiki: 5 iş günü, 09:00–18:00 İş yeri: Bakı şəhəri, Badamdar qəsəbəsi Əmək haqqı: 1000 AZN (net) Tibbi sığorta Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi“subject” (mövzu) hissəsində Kiçik Mühəndis-elektronçu qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.