Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Metra MMC

Mühasib köməkçisi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və sistemləşdirilməsində iştirak etmək; E-qaimələrin, hesab-fakturaların, aktların və digər maliyyə sənədlərinin hazırlanması və uçotunun aparılmasına dəstək olmaq; Bank əməliyyatları üzrə sənədlərin hazırlanması və məlumatların sistemləşdirilməsində iştirak etmək; Gündəlik maliyyə əməliyyatlarının uçota alınmasına və mühasibat məlumatlarının düzgün əks etdirilməsinə dəstək olmaq; Təchizatçılar və müştərilər üzrə hesablaşmaların izlənilməsində iştirak etmək; Mühasibat uçotu üzrə məlumatların elektron sistemlərə daxil edilməsini və məlumatların aktuallığının təmin edilməsini həyata keçirmək; İlkin sənədlərin düzgünlüyünü və tamlığını yoxlamaq, çatışmazlıqlar barədə məsul şəxsi məlumatlandırmaq; Maliyyə və mühasibat sənədlərinin düzgün şəkildə arxivləşdirilməsini və saxlanılmasını təmin etmək; Aylıq və digər dövri hesabatların hazırlanmasında mühasibə dəstək olmaq; Rəhbərliyin və baş mühasibin müvafiq maliyyə və inzibati tapşırıqlarını vaxtında yerinə yetirmək; Şirkətin daxili prosedurlarına və maliyyə intizamına riayət etmək. Tələblər: Ali təhsil (Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat və ya əlaqəli ixtisaslar üzrə olması üstünlükdür); Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır; Azərbaycan Respublikasının mühasibat uçotu və vergi qanunvericiliyi üzrə ilkin biliklər; E-qaimə, elektron vergi sistemi və digər mühasibatlıq sistemləri ilə işləmək bacarığı; MS Office proqramlarında, xüsusilə Excel proqramında işləmək bacarığı; İlkin mühasibat sənədləri ilə işləmə bacarığı; Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; Yaxşı yazılı və şifahi ünsiyyət bacarığı; Analitik düşünmə və rəqəmlərlə işləmə qabiliyyəti; Dəqiqlik, məsuliyyətlilik və operativlik; Sənədləşmə və məlumatların sistemləşdirilməsi bacarığı; Komandada işləmək və verilən tapşırıqları vaxtında icra etmək bacarığı. İş şərtləri: İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00–18:00 İş yeri: Bakı şəhəri, Nəsimi rayonu Əmək haqqı: 400 Azn (net) Müraciət etmək istəyən namizədlər CV-lərini sales@metragl.com və education.metragl@gmail.com ünvanlarına paralel göndərə bilərlər. E-mail mövzu hissəsində “Mühasib köməkçisi” qeyd olunmalıdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.