Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

General Elevator LLC

Lift üzrə elektrik mühəndisi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Tələblər Elektrik mühəndisliyi üzrə ali təhsil (bakalavr və ya magistr). Bu sahədə minimum 1-3 il iş təcrübəsi olmalı. Rus və İngilis dili biliyi mütləqdir (oxumaq və fikrini ifadə etmək qabiliyyəti). Alət və avadanlıqlarla işləmə bacarıqları. Verilən tapşırığı sərbəst araşdırma qabiliyyəti Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı. Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması Normativ və Texniki sənədlərlə işləmək bacarığı. Namizədin şəxsi keyfiyyətləri: Universiteti bitirən lift sahəsi üzrə gələcəyin mütəxəsis olan ali təhsilli bəylər müraciət edə bilər. Liftlər və eskalatorların motorları və texniki avadanlıqlar üzrə biliklər və praktiki bacarıqlar. Autocad biliyi olanlara üstünlük veriləcək Nizam-intizamlı və şirkətin ümumi qayda qanunlarına hörmətlə yanaşıb icra etməsi. Fikrini izah etmək qabiliyyəti. Ezamiyyə imkanları. Ünsiyyət yaratmaq bacarığı. İşə planlı yanaşması. Fəal olması və komandada işləmək bacarığı. Vəzifə öhdəlikləri: Əmək haqqı təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur. Elektrik sxemlərinin oxunması və nasazlıqların aradan qaldırılması. Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini yoxlamaq. Elektrik avadanlıqlarının lift və eskalatorlarının quraşdırılması və onlara texniki xidmət. Lift və eskalatorlarının ehtiyat hissələrinin araşdırılması və məlumatların məsul şöbəyə ötürülməsi. Lift və eskalatorlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarının və onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi. İcra edilən işlərin qeydiyyata alınması və hesabatların təqdim edilməsi. Bütün avadanlıqların vaxtında profilaktik işlərinin təşkili. Layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq. Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək. Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etməsi. Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək. Lift və eskalator sistemlərində meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək. Maaş: 800-1200 AZN Vəzifəyə aidiyyəti olmayan şəxslər qeydə alınmayacaq Müraciət etdiyiniz vəzifəni mövzu yerində “Elektrik mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.