Vakansiya haqqında
Vəzifə funksiyaları
Daxil olan zəngləri və sorğuları standartlara uyğun operativ şəkildə cavablandırmaq;
Şirkətin məhsul çeşidləri, qiymətləri, cari kampaniyaları, xidmətləri və satış şərtləri haqqında müştərilərə dəqiq və ətraflı məlumat vermək;
Daxil olan sorğu, təklif və şikayətləri daxili CRM proqramlarında dəqiq və vaxtında qeydiyyata almaq;
Müraciətləri müvafiq struktur bölmələrinə düzgün yönləndirmək və icra prosesini izləmək;
Lazımi hallarda müştərilərlə əks-əlaqə (geri dönüş zəngləri) yaratmaq və məsələnin həllini yekunlaşdırmaq;
Müştəri narazılıqları zamanı ilkin dəstəyi göstərmək, gərginliyi idarə etmək və həll yönümlü yanaşma nümayiş etdirmək;
Ehtiyac yarandıqda rəqəmsal ünsiyyət kanallarında (sosial media platformaları, onlayn çatlar) müştəri müraciətlərini və şərhləri korporativ üslubda, operativ şəkildə cavablandırmaq;
Tələblər
Tam orta və ya orta-ixtisas təhsili (Ali təhsil arzuolunandır);
Azərbaycan və Rus dillərində səlis şifahi və yazılı ünsiyyət bacarığı (ingilis dili biliyi arzuolunandır);
MS Office proqramları ilə işləmək bacarığı;
Düzgün nitq və aydın diksiya;
Komandada effektiv işləmək və öyrənməyə yüksək həvəs.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
