Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Diamed Co.

Termoplast və Qəlib Mühəndisi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İş yeri: Pirallahıda yerləşən zavoda İş qrafiki: Növbəli Vəzifə öhdəlikləri Termoplastik inyeksiya maşınlarının iş prosesinə nəzarət etmək və istehsal parametrlərini optimallaşdırmaq; Qəliblərin maşına quraşdırılması, sınaqdan keçirilməsi və istehsala hazırlanmasını təşkil etmək; Qəliblərin texniki vəziyyətinə nəzarət etmək, yaranan problemləri müəyyənləşdirmək və həll etmək; Temperatur, təzyiq, inyeksiya sürəti, soyutma müddəti və digər proses parametrlərini tənzimləmək; Plastik detallarda yaranan qüsurları (çat, deformasiya, yanıq, hava izi, çapıq, ölçü uyğunsuzluğu və s.) analiz etmək və səbəbini müəyyənləşdirmək; Yeni qəliblərin sınaqlarını həyata keçirmək və sınaq nəticələrini təhlil etmək; Qəlib konstruksiyasının istehsal prosesinə uyğunluğunu qiymətləndirmək və təkmilləşdirmələr təklif etmək; Qəliblərin texniki xidməti, təmiri və profilaktik baxışlarının təşkilində iştirak etmək; İstehsal prosesində məhsuldarlığın artırılması, brakın və material itkisinin azaldılması istiqamətində təkliflər hazırlamaq; İstehsal, keyfiyyət və texniki xidmət komandaları ilə koordinasiyalı işləmək; Texniki sənədləri, proses parametrlərini və qəlib üzrə məlumatları hazırlamaq və yeniləmək; Yeni məhsul və yeni qəliblərin istehsala tətbiqində iştirak etmək. Tələblər Ali texniki təhsil — Mexanika mühəndisliyi, Maşınqayırma, İstehsalat mühəndisliyi, Polimer/Plastik mühəndisliyi və ya əlaqəli ixtisas; Termoplastik inyeksiya maşınları və plastik istehsal prosesləri üzrə praktiki bilik; Plastik inyeksiya qəliblərinin quruluşu və iş prinsipi haqqında məlumat; Qəlib sınaqları və proses parametrlərinin tənzimlənməsi üzrə təcrübə; Texniki çertyojları oxumaq bacarığı; CAD proqramlarından (SolidWorks, AutoCAD, NX və s.) istifadə bacarığı üstünlükdür; Problemlərin kök səbəbini müəyyənləşdirmək və operativ həll etmək bacarığı; İstehsalat mühitində işləmək bacarığı; MS Office proqramlarını bilmək; [2–3] il müvafiq iş təcrübəsi üstünlükdür. Üstünlük hesab olunur Injection molding / Plastic injection sahəsində təcrübə; MoldFlow və ya digər qəlib simulyasiya proqramları üzrə bilik; Hot runner, soyutma sistemi və ejektor sistemləri haqqında bilik; SPC, FMEA, DOE və digər istehsal keyfiyyəti metodları haqqında məlumat; Hidravlik və elektrik inyeksiya maşınları ilə iş təcrübəsi; İngilis dili biliyi. Şəxsi keyfiyyətlər Analitik düşüncə və güclü problem həll etmə bacarığı; Məsuliyyətli və diqqətli olmaq; Komanda ilə işləmək bacarığı; İstehsalat şəraitində operativ qərar qəbul etmək; İnkişaf etməyə və yeni texnologiyaları öyrənməyə maraq. Şirkət tərəfindən təklif olunur əmək haqqı; 2500 Azn (net) Rəsmi əmək müqaviləsi; Peşəkar inkişaf və təlim imkanları; Karyera inkişafı; Müasir istehsalat mühitində çalışma imkanı. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu: “Termoplast və Qəlib Mühəndisi”

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.