Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Azera Holding

Satış üzrə Bölgə Müdiri

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

“AZERA Holding”in tərkibində fəaliyyət göstərən “Vetart” MMC satış komandasına rəhbərlik edəcək, nəticəyönümlü və peşəkar Satış üzrə Bölgə Müdiri axtarır. Əsas vəzifələr: Bölgə üzrə satış planlarının hazırlanması və icrasının təmin edilməsi; Satış komandasının idarə olunması, motivasiyası və fəaliyyətinə nəzarət; Bazar araşdırmalarının aparılması, rəqib və müştəri ehtiyaclarının təhlili; Müştəri portfelinin idarə olunması və yeni müştərilərin cəlb edilməsi; Satış strategiyasının bölgə üzrə effektiv şəkildə həyata keçirilməsi; Müştəri borclarının və debitor öhdəliklərinin nəzarətdə saxlanılması; Korporativ müştərilərin cəlb edilməsi və satışın artırılması; Aylıq satış planlarının hazırlanması və nəticələrin təhlili; Satış, müştəri və maliyyə hesabatlarının hazırlanması; Anbar sayımlarının və məhsul hərəkətinin nəzarətdə saxlanılması; Aylıq satış və pul yığımının plan üzrə həyata keçirilməsinin təmin edilməsi; Müştərilərlə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması. Namizədə tələblər: Ali təhsil; Satış və idarəetmə sahəsində ən azı 3 il iş təcrübəsi; Satış komandasının idarə edilməsi və satış strategiyalarının hazırlanması üzrə praktiki təcrübə; Analitik düşüncə, liderlik, güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı; Nəticəyönümlülük, məsuliyyətlilik və komandada işləmək bacarığı; MS Office və CRM proqramları ilə işləmə bacarığı; Azərbaycan dili səlis, rus dili yaxşı səviyyədə, ingilis dili biliyi arzuolunandır. İş şəraiti: İş yeri: Regiaonlar üzrə Əmək haqqı: Müsahibə əsasında Müraciət üçün: başlığa Satış üzrə bölgə müdiri CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Peşəkar komandanın bir parçası olmaq üçün müraciət edin!

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.