Vakansiya haqqında
Smetaçı / İnşaat üzrə Estimator
İş şəraiti
İş yeri: Binəqədi şossesi 10, Bakı
Əmək haqqı: 1500 AZN+ (namizədin bilik və təcrübəsinə uyğun olaraq)
İş qrafiki: 6/1
Vəzifə haqqında
Şirkətimizin həyata keçirdiyi tikinti, təmir, yenidənqurma və fit-out layihələri üzrə iş həcmlərinin, material və işçilik xərclərinin hesablanmasını, layihələrin maya dəyərinin müəyyənləşdirilməsini və smetaların hazırlanmasını həyata keçirəcək Smetaçı / İnşaat üzrə Estimator axtarırıq.
Vəzifə öhdəlikləri
Tikinti layihələrinin çertyojları, layihə sənədləri və texniki tapşırıqları əsasında iş həcmlərinin hesablanması;
Tikinti və təmir işləri üzrə smetaların hazırlanması;
BOQ (Bill of Quantities) və iş həcmləri cədvəllərinin hazırlanması;
Material, işçilik, texnika, nəqliyyat və digər tikinti xərclərinin hesablanması;
Layihə üzrə tələb olunan materialların miqdarının müəyyənləşdirilməsi;
Tikinti materiallarının bazar qiymətlərinin araşdırılması;
Təchizatçı və podratçılardan qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
Layihələrin ilkin və yekun maya dəyərinin hesablanması;
Layihə büdcələrinin hazırlanmasına və planlaşdırılmasına dəstək olmaq;
Çertyoj, spesifikasiya və smeta arasında uyğunsuzluqların müəyyənləşdirilməsi;
Layihədə edilən dəyişikliklərin smetaya vaxtında tətbiq edilməsi;
Əlavə işlərin və əlavə material ehtiyaclarının hesablanması;
Podratçı və subpodratçıların kommersiya təkliflərinin təhlil edilməsi;
Faktiki xərclərin ilkin smeta və büdcə ilə müqayisə edilməsi;
Layihə üzrə xərclərin və büdcənin monitorinqində iştirak etmək;
Material və işçilik qiymətlərinin aktual bazasının hazırlanması və yenilənməsi;
Xərclərin optimallaşdırılması və daha sərfəli texniki/material həllərinin araşdırılması;
Tender və kommersiya təklifləri üçün smeta və qiymət hesablamalarının hazırlanması;
Tikinti, satınalma, layihələndirmə və Project Management komandaları ilə koordinasiyalı işləmək;
Layihə üzrə smeta hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Namizədə tələblər
İnşaat, mühəndislik, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Smetaçı, Estimator, Cost Estimator və ya oxşar vəzifədə minimum 2 il iş təcrübəsi;
Tikinti layihələri üzrə smeta və maya dəyərinin hesablanması üzrə praktiki bilik;
Tikinti işlərinin həcmlərinin və material miqdarlarının dəqiq hesablanması bacarığı;
BOQ və texniki spesifikasiyalarla işləmək bacarığı;
Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
Tikinti çertyojlarını və layihə sənədlərini oxumaq bacarığı;
Tikinti materialları və onların tətbiqi haqqında praktiki anlayış;
Tikinti texnologiyaları və iş mərhələləri haqqında ümumi bilik;
Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı;
Detallara yüksək diqqət və dəqiqlik;
Podratçı və təchizatçı qiymətlərini analiz etmək bacarığı;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
Rus və ya İngilis dili biliyi üstünlükdür;
Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
Bir neçə layihə üzərində paralel işləmək bacarığı.
Üstünlük hesab olunur
Kommersiya və sənaye tikinti layihələrində smeta təcrübəsi;
Təmir və fit-out layihələri üzrə smeta hazırlamaq təcrübəsi;
Fasad, interyer və yenidənqurma layihələri üzrə təcrübə;
Beton, armatur, metal konstruksiya, hörgü, suvaq, döşəmə, tavan və digər tikinti işlərinin həcmlərinin hesablanması üzrə təcrübə;
MEP işləri – elektrik, santexnika, HVAC və digər mühəndis sistemləri üzrə smeta təcrübəsi;
AutoCAD proqramında işləmək bacarığı;
1C, ERP və ya digər smeta/maliyyə proqramları ilə işləmək bacarığı;
Tender sənədlərinin və kommersiya təkliflərinin hazırlanması üzrə təcrübə;
Podratçı və subpodratçılarla qiymət danışıqları aparmaq təcrübəsi.
Şirkət tərəfindən təklif olunur
1500 AZN-dən başlayan əmək haqqı;
Namizədin bilik və təcrübəsinə uyğun əmək haqqı artımı;
Peşəkar və dinamik iş mühiti;
Müxtəlif tikinti, təmir və fit-out layihələrində iştirak imkanı;
Peşəkar inkişaf və karyera yüksəlişi;
Tikinti layihələrinin smeta və büdcə idarəçiliyi üzrə praktiki təcrübə;
Rəsmi əmək müqaviləsi və qanunvericiliyə uyğun əmək münasibətləri.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Estimator / Cost Estimator – Construction
Conditions:
Location: 10 Binagadi Highway, Baku
Salary: 1500 AZN+ (depending on the candidate’s knowledge and experience)
Work Schedule: 6 days per week
About the Position
We are looking for a Construction Estimator / Cost Estimator who will be responsible for calculating work quantities, material and labor costs, preparing project cost estimates, BOQs, budgets, and commercial proposals for construction, renovation, and fit-out projects.
Key Responsibilities
Calculate work quantities based on construction drawings, project documentation, and technical specifications;
Prepare cost estimates for construction and renovation works;
Prepare BOQs (Bill of Quantities) and detailed quantity schedules;
Calculate material, labor, equipment, transportation, and other construction costs;
Determine required material quantities for each project;
Research current market prices for construction materials;
Obtain and compare quotations from suppliers and contractors;
Calculate preliminary and final project costs;
Support project budget preparation and cost planning;
Identify discrepancies between drawings, specifications, and cost estimates;
Update estimates according to project changes;
Calculate additional works and additional material requirements;
Analyze commercial proposals from contractors and subcontractors;
Compare actual project costs with initial estimates and approved budgets;
Participate in project cost and budget monitoring;
Maintain and update material and labor pricing databases;
Identify cost-saving opportunities and alternative technical or material solutions;
Prepare cost estimates and commercial calculations for tenders and client proposals;
Work closely with Construction, Procurement, Design, and Project Management teams;
Prepare project cost reports and present them to management.
Requirements
Bachelor’s degree in Construction, Civil Engineering, Economics, or a related field;
Minimum 2 years of experience as an Estimator, Cost Estimator, or in a similar position;
Practical experience in construction cost estimation and project costing;
Strong ability to calculate construction quantities and material requirements accurately;
Experience working with BOQs and technical specifications;
Advanced Microsoft Excel skills;
Ability to read construction drawings and project documentation;
Practical knowledge of construction materials and their applications;
General understanding of construction technologies and work stages;
Strong analytical and numerical skills;
High attention to detail and accuracy;
Ability to analyze contractor and supplier quotations;
Fluent Azerbaijani language skills;
Russian or English language knowledge is an advantage;
Responsible, proactive, and result-oriented approach;
Ability to work on multiple projects simultaneously.
Will Be Considered an Advantage
Experience estimating commercial and industrial construction projects;
Experience with renovation and fit-out projects;
Experience with façade, interior, and reconstruction projects;
Experience calculating quantities for concrete, reinforcement, steel structures, masonry, plastering, flooring, ceilings, and other construction works;
Experience estimating MEP works, including electrical, plumbing, HVAC, and other engineering systems;
Knowledge of AutoCAD;
Experience with 1C, ERP, or other estimating/financial software;
Experience preparing tender documents and commercial proposals;
Experience negotiating prices with contractors and subcontractors.
What We Offer
Salary starting from 1500 AZN;
Salary growth based on professional knowledge and experience;
Professional and dynamic working environment;
Opportunity to work on diverse construction, renovation, and fit-out projects;
Professional development and career growth opportunities;
Practical experience in construction cost estimation and budget management;
Official employment in accordance with local labor legislation..
Interested candidates can send their CV to the e-mail address in the Apply for job button.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
