Vakansiya haqqında
Smile Tour Company komandasına daxili və gəlmə turizm axınını idarə edə biləcək peşəkar Incoming Tourism Manager axtarır.
Öhdəliklər:
B2B tərəfdaşlar və fərdi müştərilər üçün maraqlı, rəqabətədavamlı turizm paketlərinin (turlar, ekskursiyalar, transferlər və s.) sıfırdan hazırlanması və proqramlaşdırılması;
Hazırlanmış turizm məhsullarının xarici tərəfdaşlara (turoperator və agentliklərə) aktiv satışı və təqdimatının edilməsi;
Təsdiq olunmuş turların təşkili, rezervasiyası və icrası üçün aidiyyatı daxili şöbələrə (əməliyyat, nəqliyyat, bələdçi və s.) vaxtında və tam ötürülməsi;
Tur-paketlərə dair bütün tariflərin, marşrutların və məlumatların şirkətin onlayn platformasında sistemli və xətasız şəkildə yerləşdirilməsi;
Müştəri məmnuniyyətinin təmin olunması məqsədilə turların gedişatına nəzarət edilməsi;
Satış dinamikasının və görülən işlərin nəticələrinə dair rəhbərliyə mütəmadi hesabatların verilməsi.
Tələblər:
Turizm sahəsində (xüsusilə "Incoming" / Gəlmə turizm istiqaməti üzrə) ən azı 3 il uğurlu iş təcrübəsi;
Rus və ingilis dillərini mükəmməl (səlis) bilmək (xarici partnyorlarla sərbəst ünsiyyət üçün mütləqdir);
Biznes etikası, beynəlxalq korporativ ünsiyyət və effektiv danışıqlar aparmaq bacarığı;
Turizm bazarını, destinasiyaları (Azərbaycanın turizm potensialını) və qiymət siyasətini dərindən analiz etmək bacarığı;
Detallara qarşı son dərəcə diqqətli, dəqiq, işində məsuliyyətli və nizam-intizamlı;
Komandada işləmək, eyni zamanda müstəqil qərarlar qəbul etmək qabiliyyəti;
Məlumatları sistemləşdirmə və analitik hesabatlılıq bacarığı.
İş şərait və Təminatlar:
Rəsmi əmək müqaviləsi (Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun);
İş qrafiki: 6 günlük iş həftəsi (09:00 - 18:00);
Əməkhaqq 1500 Azn + Bonuslar (göstəricilərə əsasən artan gəlir imkanı);
Peşəkar komanda və karyera yüksəlişi imkanları.
Uyğun namizədlərin CV-ni “İncoming manager” baslığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
