Vakansiya haqqında
ABV komandasına Kreativ Kopirayter axtarılır
Marketinq komandamıza texnologiyaya marağı olan, yaradıcı düşünən və fərqli platformalar üçün güclü mətnlər hazırlaya bilən "Kreativ Kopirayter" axtarırıq.
Bu rolda əsas məqsəd texniki məhsul və həlləri aydın, oxunaqlı və cəlbedici məzmuna çevirmək, ABV-nin brend kommunikasiya dilini daha da gücləndirməkdir.
Əsas vəzifələr:
Sosial media, veb-sayt, landing page və reklam materialları üçün mətnlər hazırlamaq
Məhsul təsvirləri və texniki həlləri sadə, anlaşılan dildə təqdim etmək
Hikvision, TP-Link, Sonoff və digər məhsul xətləri üzrə məzmunların hazırlanmasında iştirak etmək
Kontent təqvimi üzrə mətnlərin hazırlanması və redaktəsini həyata keçirmək
Dizayn komandası ilə birlikdə mətn və vizual uyğunluğunu təmin etmək
Namizəddən gözləntilərimiz:
Kopiraytinq və ya kontent yazarlığı üzrə 2–5 il iş təcrübəsi
Sosial media, veb, reklam və e-poçt mətnləri üzrə portfolio
Texniki mövzuları sadə dildə izah etmək bacarığı
SEO əsasları üzrə biliklər
Azərbaycan dilində güclü yazı bacarığı
Detallara diqqət və redaktə bacarığı
İngilis dili biliyi üstünlükdür
Təklif etdiyimiz imkanlar:
Rəsmi işə qəbul
5 günlük iş rejimi: 09:00–18:00
Böyük texnologiya brendləri ilə işləmək imkanı
Peşəkar inkişaf və öyrənmə imkanları
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Kreativ Kopirayter” qeyd olunmalıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
