Vakansiya haqqında
Ələt qəsəbəsində yerləşən Qobustan 100 MVt Günəş Elektrik Stansiyasına məsuliyyətli və təcrübəli Aşpaz axtarılır.
Əsas vəzifələr:
Təsdiq edilmiş menyuya uyğun olaraq gündə 3 dəfə — səhər yeməyi, nahar və şam yeməyi hazırlamaq;
Ərzaq məhsullarını yemək hazırlanmasına uyğun şəkildə hazırlamaq;
Yeməklərin hazırlanma texnologiyasına və porsiya standartlarına riayət etmək;
Xammalın və hazır yeməklərin keyfiyyətinə nəzarət etmək;
Məhsulların son istifadə tarixlərinə və saxlanma şəraitinə nəzarət etmək;
Mətbəxdə sanitar-gigiyenik qaydalara riayət etmək;
Mətbəxin, avadanlıqların, qab-qacağın və iş yerinin təmizliyini təmin etmək;
Lazımi ərzaq məhsulları və təsərrüfat ləvazimatları üzrə sifarişlər hazırlamaq;
Məhsul və materiallardan səmərəli və qənaətlə istifadə etmək;
Əməyin mühafizəsi, təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
Rəhbər tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər:
Orta və ya orta ixtisas təhsili;
Aşpaz kimi minimum 1 il iş təcrübəsi;
Yemək hazırlanma texnologiyası və sanitar-gigiyena qaydaları barədə bilik;
Məsuliyyətli, səliqəli və intizamlı olmaq.
İş yeri: Ələt qəsəbəsi və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək.
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
