Vakansiya haqqında
Müəssisə: Bakı Qida və Yağ Fabriki MMC
Vəzifə öhdəlikləri:
İstehsal, keyfiyyətə nəzarət, laboratoriya, anbar və texniki şöbələrlə koordinasiyalı işləmək;
Növbəni qaydalara uyğun təhvil almaq və təhvil vermək, istehsal prosesini və texnoloji göstəriciləri nəzarətdə saxlamaq;
Avadanlıq, nasos və ölçü cihazlarının işlək vəziyyətini yoxlamaq, yaranan texniki problemlərlə bağlı aidiyyəti əməkdaşları məlumatlandırmaq;
İstehsal prosesində uyğunsuzluqlar aşkar edildikdə operativ tədbirlər görmək və zəruri hallarda prosesi dayandırmaq;
Tabeliyində olan əməkdaşların iş bölgüsünü təşkil etmək və onların vəzifə təlimatlarına uyğun fəaliyyətinə nəzarət etmək;
Məhsul, xammal, qatqı maddələri və sərf materialları üzrə müvafiq qeydiyyat və nəzarəti aparmaq;
İstehsal parametrlərini avtomatlaşdırma sistemi vasitəsilə izləmək və normadan kənarlaşmalara operativ reaksiya vermək;
Məhsullar üzrə dequstasiya və keyfiyyət yoxlamalarının aparılmasını təmin etmək;
İstehsal sahələrində təmizlik, yuma və sanitariya qaydalarına riayət olunmasına nəzarət etmək;
İstehsalın plana uyğun, minimum itki ilə və təhlükəsizlik tələblərinə riayət etməklə həyata keçirilməsini təmin etmək;
Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına əməl etmək;
Sahə rəisi olmadığı hallarda onu əvəz etmək.
Texniki və nəzəri biliklər
İstehsal proseslərini və texnoloji sxemləri oxumaq və təhlil etmək bacarığı;
Mayonez, ketçup və sous məhsullarının hazırlanması və dolum texnologiyası üzrə bilik;
İstehsal göstəricilərinin, sərfiyyatın və performansın hesablanması və izlənilməsi bacarığı;
İstehsal avadanlıqları, PLC, avtomatik, pnevmatik və hidravlik sistemlər üzrə baza bilikləri;
Məhsulun keyfiyyət göstəricilərini və istehsal parametrlərini qiymətləndirmək bacarığı;
Xammal, material və hazır məhsulların uçotu və istehsal planına uyğun idarə olunması üzrə bilik;
Məhsulların orqanoleptik qiymətləndirilməsi və dequstasiya bacarığı;
Qida təhlükəsizliyi, sanitariya, əməyin mühafizəsi və istehsal təhlükəsizliyi qaydalarını bilmək;
Təhlükəli və kimyəvi maddələrlə işləmə qaydaları üzrə bilik.
Biz nə təklif edirik
İş yeri: Sumqayıt şəhəri, Bakı Qida və Yağ Fabriki MMC / İstehsalat;
İş qrafiki: 3 növbəli iş rejimi — 07:00–15:00, 15:00–23:00, 23:00–07:00;
Nahar: Şirkət tərəfindən təmin olunur;
Servis xidməti: Şirkət tərəfindən təmin olunur;
Əməkhaqqı: Namizədin təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı;
İş mühiti: Regionun aparıcı FMCG şirkətlərindən birində dinamik, peşəkar və inkişafyönümlü korporativ mühit.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Növbə mühəndisi” qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
