Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Onlayn kanallardan daxil olan müştəri müraciətlərini qəbul etmək, cavablandırmaq və ehtiyaclarına uyğun məhsul və xidmətlər təklif etmək.
Məhsul və xidmətlərin xüsusiyyətləri, qiymətləri, kampaniya, ödəniş və çatdırılma şərtləri barədə müştəriləri məlumatlandırmaq.
Müştərilərin sual və etirazlarını cavablandırmaq, satış prosesini həyata keçirmək və satışların artırılmasına çalışmaq.
Sifarişləri qəbul etmək, sistemə daxil etmək, aidiyyəti bölmələrə yönləndirmək və icrasını izləmək.
Müştərilərin irad, şikayət və təkliflərini qəbul etmək, həlli üzrə müvafiq tədbirlər görmək.
Müştəri və satış məlumatlarının müvafiq sistemlərdə düzgün və vaxtında qeydiyyatını aparmaq.
Onlayn satış platformalarında məhsul məlumatlarının aktuallığına və düzgünlüyünə nəzarət etmək.
Satış planı və KPI göstəricilərinin yerinə yetirilməsinə, müştəri məmnuniyyətinin təmin edilməsinə çalışmaq.
Aidiyyəti struktur bölmələrlə əməkdaşlıq etmək, bazar və rəqib fəaliyyətlərini izləmək və satışların inkişafı üzrə təkliflər vermək.
Müəssisənin daxili qaydalarına, satış standartlarına, əmək intizamına və məlumatların məxfiliyinə riayət etmək, rəhbərliyin qanuni tapşırıqlarını yerinə yetirmək.
Təhsil tələbləri:
Bakalavr (informasiya və mühəndislik üzrə ali təhsil arzuolunandır)
Staja dair tələb:
Onlayn satış və ya bənzər sahədə ən azı 1illik iş təcrübəsi
İxtisas səriştələri:
Effektiv ünsiyyət
Satış bilikləri
Təqdimetmə
Operativlik
Dəqiqlik
Kompüter biliklərinə dair tələblər:
MS Office
Outlook
ERP
Dil bilikləri:
Səlis Azərbaycan dili, İngilis dili biliyi isə üstünlükdür.
İş şərtləri:
6 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər/ 6-cı gün qısa iş günü
Istirahət günü: bazar və bayram günləri
Əmək haqqı: fiks 600 AZN və aylıq bonuslar
İş yeri N. Nərimanov rayonu, Ə.Rəcəbli 156A ünvanında yerləşir.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Onlayn satış əməliyyatçısı” yazaraq göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
