Vakansiya haqqında
Ümumi Məlumat:
Global Interiors Group şirkəti 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkətimiz Azərbaycanın tikinti, interyer dizayn və mebel sahəsində aparıcı şirkətlərindən biridir. Tikinti, təmir, planlaşdırma, interyerlərin yaradılması, mebel, dekor, material seçilməsi, landşaftın yaşıllaşdırılması və s. işlər üzrə fəaliyyətlər mövcüddur .
İş şəraiti
İş yeri: Şəmkir rayonu
İş qrafiki: 6 gün / 1 gün istirahət
Əmək haqqı: Müsahibə əsasında
Rəsmi əmək müqaviləsi və sosial sığorta təminatı.
Gündə üç dəfə qidalanma və qalmaq şirkət tərəfindən qarşılanır.
Vəzifə öhdəlikləri:
Tikinti materiallarının və avadanlıqların qəbulu, uçotu və anbarda yerləşdirilməsi
Gündəlik material verilişlərinin və qəbul sənədlərinin hazırlanması
Anbarın səliqə-səhmanının qorunması
Aylıq inventarizasiyada iştirak
Rəhbərliyə hesabatların təqdim edilməsi
Tələblər:
İnşaat sektorunda minimum 1 il anbar işi üzrə təcrübə
Məsuliyyətli, nizam-intizamlı və diqqətli olmaq
Tikinti materialları haqqında ilkin biliklər üstünlük sayılır
Kompüterdə (MS Excel və ya ERP proqramı) işləmə bacarığı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
