Vakansiya haqqında
BOKT “Caspian İnvest” MMC Online satış üzrə kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
Müştərilərdən daxil olan onlayn müraciətlərin operativ cavablandırılması;
Kredit müraciətlərinin qəbul edilməsi və ilkin təhlilinin aparılması;
Müştərilərin maliyyə vəziyyətinin və ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
Tələb olunan sənədlərin yoxlanılması və kredit dosyelərinin hazırlanması;
Daxili prosedur və qaydalara uyğun anderraytinq rəyinin hazırlanmasına dəstək göstərilməsi;
Müştərilərlə davamlı əlaqələrin qurulması və yüksək xidmət səviyyəsinin təmin edilməsi;
Tələblər:
Ali və ya orta ixtisas təhsili (maliyyə, iqtisadiyyat, biznes və ya digər uyğun ixtisaslar);
Elektronika sahəsində onlayn satış və ya kredit analizi sahəsində iş təcrübəsinə üstünlük verilir;
Analitik düşünmə və qərarvermə bacarığı;
Ünsiyyət və satış bacarıqları;
MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq;
Azərbaycan dilini səlis bilmək (rus və ingilis dili biliyi üstünlükdür).
Bəy namizədlərə üstünlük verilir.
İş şəraiti:
Ünvan: Bakı şəhəri, Ə.Rəcəbli küç. 2/15
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına müvafiq olaraq müsahibə zamanı müəyyən olunacaq.
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, cv-ni “Online satış üzrə kredit mütəxəssisi” mövzu hissəsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
