Vakansiya haqqında
Təsvir
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasını həyata keçirmək;
IFRS tələblərinə uyğun maliyyə hesabatlarının hazırlanması üçün zəruri məlumatları toplamaq, yoxlamaq və təhlil etmək;
Maliyyə hesabatlarına dair qeydlərin, açıqlamaların və dəstəkləyici cədvəllərin hazırlanmasını təmin etmək;
Maliyyə göstəricilərini təhlil etmək, kənarlaşma və uyğunsuzluqları müəyyən etmək və rəhbərliyə məlumat vermək;
Maliyyə hesabatlarının mühasibat uçotu siyasətlərinə və IFRS tələblərinə uyğunluğunun yoxlanılmasında iştirak etmək;
ERP sistemində maliyyə məlumatlarının düzgünlüyünü, tamlığını və vaxtında əks etdirilməsini təmin etmək;
Maliyyə hesabatlılığı proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə layihələrdə iştirak etmək;
Layihələrin maliyyə nəticələri, gəlirliliyi və səmərəliliyi üzrə təhlillər hazırlamaq;
Pul vəsaitlərinin hərəkəti, likvidlik və dövriyyə kapitalı üzrə hesabatların hazırlanmasını həyata keçirmək;
Büdcələşdirmə prosesinin təmin edilməsi üçün zəruri maliyyə məlumatlarını hazırlamaq və təqdim etmək;
Mühasibat uçotu məlumatlarının tamlığını, düzgünlüyünü və əsaslılığını yoxlamaq;
Maliyyə məlumatlarının müxtəlif mənbələr üzrə üzləşdirilməsini və uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək;
Rəhbərlik tərəfindən maliyyə hesabatlılığı və maliyyə təhlili ilə bağlı verilən digər tapşırıqları icra etmək.
Tələblər
Maliyyə, Mühasibat uçotu və ya əlaqəli sahə üzrə bakalavr təhsili;
Maliyyə hesabatlılığı, maliyyə təhlili və ya mühasibatlıq sahəsində minimum 1-2 il iş təcrübəsi;
IFRS üzrə baza bilikləri;
Güclü analitik düşünmə və problemlərin həlli bacarıqları;
Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək (rus dili üstünlükdür);
MS Office proqramlarını, xüsusilə MS Excel-i yaxşı səviyyədə bilmək;
1C ERP proqramı ilə işləmək bacarığı;
Power BI bilikləri üstünlük hesab olunur;
ACCA, CIMA və ya digər peşəkar maliyyə sertifikatları üzrə təhsil almaq və ya sertifikata malik olmaq üstünlükdür.
Qeyd: Qəbələ, Zaqatala və yaxın rayonlarda yaşayan namizədlərin müraciətlərinə baxılacaqdır.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Könüllü tibbi sığorta
Nahar təminatı
Təlim dəstəyi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
