Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Grand Logistics Center

SƏTƏM üzrə mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə və öhdəliklər: İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət etmək və yoxlamalar aparmaq; İş zamanı zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək; İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək; İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasında iştirak etmək; Bina, qurğu və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək; Şirkətin struktur bölmələrində və logistika əməliyyatlarının həyata keçirilməsində ətraf mühitin çirkləndirilməsinin minimuma endirilməsi ilə bağlı tədbirlər görülməsində iştirak etmək; Strateji və illik planların hazırlanmasında və həyata keçirilməsində direktora dəstək olmaq və onların müntəzəm olaraq rəsmi şəkildə yenilənməsini təmin etmək; Ziyarətçilər və qonaqlar üçün nəzərdə tutulmuş giriş təlimatı, işə götürülənlərlə isə ümumi təlimatları aparmaq və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında köməklik etmək; Xadimə, fəhlə, mühəndis, sürücü və digər texniki personalın əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılması və attestasiya komissiyasının işində iştirak etmək; Xidmətlərə təhlükəsizlik texnikası üzrə təlimatların işlənib hazırlanmasında metodiki köməklik etmək; İş zamanı baş vermiş qəza və bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək; İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub, təklif və şikayətlərinə baxmaq və səlahiyyətləri daxilində lazımi ölçülər götürmək; Fəaliyyəti ilə əlaqədar mövcud forma və qaydalara uyğun olaraq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; Vakansiya üzrə tələblər Ali təhsil (Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsi üzrə təhsil üstünlükdür); SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi; SƏTƏM hesabatlarının hazırlanması və sənədləşdirmə üzrə bilik və bacarıqlar; Azərbaycan Respublikasının əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər; IOSH, NEBOSH və digər beynəlxalq SƏTƏM sertifikatlarının olması üstünlük hesab olunur; MS Office proqramlarında, xüsusilə Excel üzrə işləmək bacarığı; Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı. Maraqlanan şəxslərin öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “SƏTƏM üzrə Mütəxəssis” yazmaqla göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.