Vakansiya haqqında
Namizədə dair tələblər:
Marketinq, biznes və ya əlaqəli sahə üzrə ali təhsil;
Pərakəndə, ticari marketinq, kateqoriya marketinqi və ya satış sahəsində minimum 2-3 il iş təcrübəsi;
Pərakəndə promoları, paket satış, əlavə satış və qiymət kampaniyaları üzrə praktiki biliklər;
Topdan və pərakəndə kanal konfliktləri və retailer marjası üzrə anlayış;
Orta çek, səbətdə məhsul sayı, konversiya, ümumi marja, kampaniya artımı və gəlirlilik göstəriciləri ilə işləmək bacarığı;
Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
Mağaza əməliyyatları, satış və merçendayzinq komandaları ilə koordinasiya bacarığı;
Azərbaycan dilində sərbəst ünsiyyət.
Vəzifələr:
Şirkətin öz mağazaları və xüsusi pərakəndə kanalları üzrə kommersiya kampaniyalarını və satış mexanikalarını hazırlamaq;
Ticari marketinq promoları, mövsümi kampaniyalar və kateqoriya təşviqlərini hazırlamaq;
Mağaza satışlarının artırılması ilə yanaşı topdan müştərilərin kommersiya maraqlarını qorumaq;
Topdan və pərakəndə qiymət fərqlərini izləmək, kanal konfliktlərinin qarşısını almaq;
Kampaniyaların qiymət, marja və satış nəticələrini analiz etmək;
Marka inkişafı və təchizatçı kampaniyalarını retail kanalına uyğunlaşdırmaq;
Mağaza kampaniyaları üçün kommersiya tapşırıqlarını hazırlamaq;
Pərakəndə İcra və Mağaza İnkişafı komandaları ilə işlərin koordinasiyasını təmin etmək;
Satış və marja performansını izləmək, inkişaf istiqamətində təkliflər vermək.
Üstünlük veriləcək:
İstehlak elektronikası, telekommunikasiya, məişət texnikası, FMCG və ya böyük retail şəbəkəsində iş təcrübəsi;
Power BI və ya digər hesabat alətləri ilə işləmək bacarığı;
İngilis dili biliyi;
Çoxkanallı qiymət və kampaniya idarəçiliyi üzrə təcrübə;
Şəxsi avtomobilin olması.
Şirkət tərəfindən:
Peşəkar inkişaf və öyrənmə imkanı;
Karyera yüksəlişi;
Peşəkar və dinamik iş mühiti;
Əmək müqaviləsi;
İş şəraiti
İş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycan
İş rejimi: Tam iş günü
Əmək haqqı: Namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir.
Əlaqə: 0512058862
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
