Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Mars Overseas Baku

Satış əməliyyatları üzrə analitik

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Təsvir Satış fəaliyyətinin effektivliyini qiymətləndirmək məqsədilə gündəlik, həftəlik, aylıq, rüblük və illik analitik hesabatlar hazırlamaq. Satış planlarının icra vəziyyətini təhlil etmək, plan-fakt müqayisələri aparmaq və kənarlaşmaların səbəblərini müəyyənləşdirmək. Filiallar, regionlar, satış komandaları, məhsul qrupları və satış kanalları üzrə performans analizlərini həyata keçirmək. Satış KPI-larının monitorinqini aparmaq, nəticələri ölçmək və rəhbərliyə təqdim etmək. Satış dövriyyəsi, gəlirlilik, marja, məhsuldarlıq və digər kommersiya göstəricilərini təhlil etmək. Satış fəaliyyətinə təsir edən daxili və xarici amilləri müəyyən etmək və müvafiq təkliflər hazırlamaq. Marketinq şöbəsi ilə birgə kompaniyalar və satış təşviqedici tədbirlər hazırlamaq Power BI, Excel və digər analitika alətləri vasitəsilə dashboardlar və vizuallaşdırmalar hazırlamaq. Birbaşa rəhbərinin verdiyi tapşırıqları vaxtında, düzgün və keyfiyyətli şəkildə icra etmək. Tələblər İqtisadiyyat, Maliyyə, Statistika, Riyaziyyat, Biznesin İdarə Edilməsi, Menecment və ya əlaqəli sahələr üzrə ali təhsil Analitika, Biznes Analitikası, Satış Analitikası və ya Hesabatlılıq sahəsində minimum 2 il iş təcrübəsi. FMCG, Distribusiya və Pərakəndə satış sektorunda təcrübəyə üstünlük verilir. Azərbaycan dilində sərbəst, İngilis dili orta və yüksək səviyyədə MS Excel (Advanced səviyyə), Power BI, SQL, Power Query, Power Pivot Microsoft, PowerPoint, ERP və CRM sistemləri ilə işləmək bacarığı Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.