Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Goldex

Onlayn satış üzrə mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Goldex şirkəti Onlayn satış üzrə mütəxəssis vakansiyasını elan edir. Goldex qızıl üzük, sırğa, boyunbağı, bilərzik, komplekt və digər zinət əşyalarını bir kataloqda təqdim edən onlayn mağazadır. Məqsədimiz gündəlik istifadə, hədiyyə və ya toy üçün büdcənizə uyğun modelləri rahat və şəffaf şəkildə seçməyinizə kömək etməkdir. Hansı özəlliklərə malik olmalıdır? Satış və ya müştəri xidməti təcrübəsi arzuolunandır. Yüksək ünsiyyət və satış bacarığı. Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (Rus dili üstünlükdür) Kompüterdən sərbəst və sürətli istifadə bacarığı. Nəticəyönümlü, operativ və məsuliyyətli olmaq. Onlayn satış üzrə mütəxəssis nə iş görür? Sosial media, mesajlaşma kanalları və telefon vasitəsilə daxil olan müştəri müraciətlərini cavablandırmaq. Müştərilərə məhsullar, qiymətlər, ödəniş və kredit imkanları haqqında məlumat vermək. Müştərinin ehtiyacına uyğun məhsullar təklif edərək satışı həyata keçirmək. Potensial müştərilərlə təkrar əlaqə saxlamaq və satış prosesini izləmək. Müraciət və satış nəticələrini CRM sistemində qeyd etmək. Müəyyən edilmiş satış hədəflərinə çatmaq. Əlavə məlumat Əmək haqqı: 600 AZN + bonus Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Onlayn satış üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.