Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Məlumatların işlənməsi və mühafizəsi prosesləri üzrə audit və monitorinqlərin həyata keçirilməsi;
Qanunvericiliyin tələblərinə uyğunluğun qiymətləndirilməsi, uyğunsuzluq və risklərin müəyyən edilməsi;
Audit və monitorinqlər zamanı aşkar edilmiş faktların sənədləşdirilməsi və sistemləşdirilməsi;
Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması məqsədilə görülən tədbirlərin icra vəziyyətinin qiymətləndirilməsi;
Audit və monitorinq fəaliyyətlərinin aparılması üçün daxili prosedur və metodologiyaların formalaşdırılmasında və təkmilləşdirilməsində iştirak;
Audit zamanı toplanmış sübutların obyektivliyinin və tamlığının təmin edilməsi;
Audit və monitorinq fəaliyyətləri üzrə prioritetlərin müəyyən edilməsində iştirak.
Tələblər:
İnformasiya texnologiyaları, informatika, kompüter elmləri, informasiya təhlükəsizliyi, tətbiqi riyaziyyat, data analitika ixtisasları üzrə ali təhsil;
Beynəlxalq sertifikatlara malik namizədlərə üstünlük verilir (ISO/IEC 27701 və ya oxşar sahələr üzrə beynəlxalq standartlar üzrə təlim və ya sertifikatlar);
Verilənlər bazası və PL/SQL üzrə işləmək bacarığı;
Microsoft Office proqramlarında işləmək bacarığı;
Səlist və aydın danışıq\yazı qabiliyyətinin olması.
İş şərtləri:
İş qrafiki: Tam iş günü (5 gün).
İş saatları: 09:00-18:00.
İş yeri: Bakı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
