Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Modern Engineering Bureau of Azerbaijan

Büdcə və Hesabatlılıq üzrə böyük mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri Şirkətin illik büdcəsinin hazırlanmasında iştirak etmək; Aylıq, rüblük və illik büdcə icrasını təhlil etmək və müvafiq hesabatlar hazırlamaq; Faktiki göstəriciləri büdcə və proqnoz göstəriciləri ilə müqayisə etmək, kənarlaşmaları təhlil etmək; Maliyyə və idarəetmə hesabatlarının hazırlanmasını təmin etmək; Gəlir və xərclərin təhlilini aparmaq; Pul vəsaitlərinin hərəkəti və maliyyə göstəricilərinin təhlilində iştirak etmək; Rəhbərlik üçün analitik hesabat və təqdimatlar hazırlamaq; Büdcə planlaması üzrə struktur bölmələri ilə koordinasiyalı işləmək; Maliyyə məlumatlarının düzgünlüyünü yoxlamaq və hesabatlılığın vaxtında təqdim edilməsini təmin etmək; Maliyyə göstəricilərinin təhlili və optimallaşdırılması ilə bağlı təkliflər hazırlamaq. Namizədə tələblər Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil; Maliyyə/mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən ən azı 1 il böyük mütəxəssis vəzifəsində təcrübə; ACCA sertifikatlarının (minimum F3, F7) olması; ERP və MS Office proqramları üzrə yüksək bilik və bacarıqlar; İngilis dili biliyi mütləqdir; Big 10 şirkətlərdə iş təcrübəsi üstünlükdür; Analitik düşünmə, rəqəmlərlə işləmə və hesabat hazırlama bacarığı; Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Büdcə və Hesabatlılıq üzrə böyük mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.