Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Azera Holding

Satış üzrə mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

“AZERA Holdinq”in tərkibində fəaliyyət göstərən “KATAN Tekstil” MMC Satış üzrə mütəxəssis axtarır. Əsas vəzifələr Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması; Müştəri bazasının genişləndirilməsi və bazar araşdırmalarının aparılması; Aylıq və illik satış planlarının icrasını təmin etmək; Satış göstəricilərini təhlil etmək və mütəmadi hesabatlar hazırlamaq; Tekstil məhsullarının texniki xüsusiyyətləri və üstünlükləri barədə müştərilərə ətraflı məlumat vermək; Məhsul təqdimatları keçirmək və kommersiya təklifləri hazırlamaq; Müştərilərlə qiymət, təchizat və müqavilə şərtləri üzrə danışıqlar aparmaq; Müştəri məmnuniyyətini təmin etmək, daxil olan müraciət və şikayətləri operativ şəkildə həll etmək; İstehsalat, logistika və marketinq şöbələri ilə koordinasiyalı əməkdaşlıq etmək; Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək. Namizədə dair tələblər İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketinq, Satış və ya digər əlaqəli ixtisas üzrə ali təhsil; Satış sahəsində minimum 3 il iş təcrübəsi; Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərində ünsiyyət qurmaq bacarığı; MS Office proqramlarında (Word, Excel, PowerPoint) yüksək səviyyədə işləmək bacarığı; Outlook və 1C proqramlarında işləmək bacarığı; Excel proqramında Pivot cədvəllər və satış analizləri hazırlamaq bacarığı; Google Analytics biliyi üstünlükdür; Salesforce Certified Sales Professional və HubSpot Sales Certification sertifikatlarının olması üstünlükdür; Analitik düşünmə, yüksək ünsiyyət və təqdimat bacarığı; Məsuliyyətli və nəticəyönümlü olmaq. İş şəraiti İş yeri: Bakı şəhəri, Nərimanov rayonu Əmək haqqı: 500 AZN + satış bonusu Əmək müqaviləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir Karyera: Peşəkar inkişaf və karyera yüksəlişi imkanı Maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.