Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Az - Granata LLC

Satıcı

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifəyə aid öhdəliklər: Firma mağazasını təyin olunmuş vaxtda açmaq, avadanlıqları (kassa aparatı, kompüter, kondisioner və s.) işə salmaq; Vitrinlər və soyuducularda yaranan boşluqları doldurmaq və səliqə-səhman işləri aparmaq; Müştərilərlə nəzakətli davranış qaydalarına riayət etmək, onları məhsullar haqqında ətraflı məlumatlandırmaq, satışı həyata keçirmək; Satılan məhsulları kassa aparatına vurmaq və gün sonu hesabatı çıxarıb, mağaza müdirinə təqdim etmək; Mal qəbulu zamanı gələn fakturaları kompüterə daxil edib, dəyişiklikləri izləmək; İş vaxtının sonu mağazanı qaydasında təhvil vermək; Yarana biləcək sorğuları mağaza müdiri ilə müzakirə etmək, mağaza müdiri tərəfindən ona verilmiş qanuni göstəriş və təlimatlara riayət etmək; Satışa aid digər vəzifə öhdəliklərini yerinə yetirmək. Namizədə tələblər: Müvafiq sahə üzrə ən azı 6 ay iş təcrübəsi; Yaş aralığı: 23-35; Səlis danışıq qabiliyyəti; Kommunikasiya qurma bacarığı; Rus dili biliyi üstünlükdür; MS Word proqramında işləmək bacarığı üstünlükdür; Məsuliyyətlilik və komandada işləmək bacarığı. İş şəraiti: Həftə içi 6 günlük iş qrafiki; İş qrafiki: 09:00 – 16:00; Əmək haqqı: 600 – 700 Azn aralığındadır; Əmək haqqına əlavə olaraq, satış həcminə uyğun bonus sistemi mövcuddur. Vakansiya ilə maraqlanan şəxslər CV-ni mövzu yerində "Satıcı" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.