Vakansiya haqqında
Nəyi bilməlidir:
Azərbaycan, Rus və İngilis dili (Ünsiyyət səviyəsində);
Kamera cihazlarının iş prinspilərini;
Nəzarət buraxılış məntəqəsində yoxlanış qaydalarını
Nəyi bacarmalıdır:
Yüksək davranış və ünsiyyət;
Düzgün təhliletmə və qərarvermə;
Məsuliyyəti üzərinə götürmə və problemi həlletmə;
Detallara diqqət yetirmə;
Çeviklik;
Punktuallıq.
Xüsusi tələblər:
Səliqəli xarici görünüş;
Yaş həddi: 23-35;
Tərcihən otelçilik sahəsində iş təcrübəsi;
Gözlənilən davranışlar:
Nizam-intizamlı;
Stresə dözümlülük;
Gülərüz və mehriban olmaq;
Komanda ilə işləmək bacarığı;
Dəyişkən iş qrafik və 2 növbəli işrejiminə uyğunlaşmaq;
Səliqəli görünüm;
İş şəraiti:
Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu;
İş qrafiki: 2 növbəli;
Əmək haqqı: Müsahibə zamanı bildirəcək (Gecə növbəsində əmək haqqına 40% əlavə);
Nahar və Nəqliyyat şirkət tərəfindən təmin edilir (Koroğlu, Binə və Mərdəkan istiqamətində);
Azərbaycan Respublikası ƏM-nə müvafiq sənədləşmə.
Vəzifə öhdəliyi:
Kamera müşahidəsi aparmaq;
Qonaqların və həmkarların ola biləcəyi bütün yərləri nəzarətdə saxlamaq;
Müəyyən edilmiş ərazilərdə nəzarət işləri aparmaq;
Yanğın təhlükələrinə, təhlükəli iş yerlərinə və situasiyalara qarşı diqqətli olmaq;
Yeni növbə işə başlamazdan 15 dəqiqə əvvəl hesabat etmək;
İş qrafikinə və iş standartlarına riayət edildiyindən əmin olmaq üçün qeydiyyatları mütəmadi izləmək;
Əmlakın, işçilərin qorunması və təhlükəsizliyinə görə məsul olmaq;
Məxsusi bir tapşırıq və ya iş üçün təlimatlandırıldıqları zaman nəzarətçilər vəzifə təlimatına müvafiq hərəkət edəcəklər;
Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində “Nəzarətçi” qeyd etməklə CV göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
