Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

AZ Logistika and Management Services

Daxili nəzarət və audit üzrə mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Əsas vəzifələr Şirkətin maliyyə, əməliyyat və inzibati fəaliyyətinin daxili prosedur və qaydalara uyğunluğunu mütəmadi olaraq yoxlayır; Mühasibat uçotu, ödənişlər, kassa əməliyyatları, bank köçürmələri və digər maliyyə əməliyyatlarının düzgünlüyünü təhlil edir; Müxtəlif şöbələr üzrə sənəd dövriyyəsini yoxlayır, sənədlərdə mövcud uyğunsuzluqları və çatışmazlıqları müəyyən edir; Şirkət daxilində həyata keçirilən satınalma, logistika, nəqliyyat, yanacaq və anbar əməliyyatlarının auditini aparır; Nəqliyyat vasitələri üzrə yanacaq sərfiyyatını, GPS məlumatlarını, marşrut vərəqlərini, reys hesabatlarını və digər əməliyyat məlumatlarını müqayisəli şəkildə analiz edir; Faktiki göstəricilərlə sistem məlumatları arasında fərqləri müəyyən edir və səbəblərini araşdırır; Əməkdaşların işə davamiyyəti, iş qrafiki, ezamiyyət və məzuniyyət məlumatlarının sistem üzrə düzgün əks olunmasına nəzarət edir; Şirkət aktivlərinin qorunması və düzgün istifadəsi ilə bağlı nəzarət mexanizmlərinin effektivliyini qiymətləndirir; Risk yarada biləcək əməliyyatları əvvəlcədən müəyyən edir və rəhbərliyə müvafiq təkliflər təqdim edir; Audit zamanı aşkar olunan nöqsan, səhv və qayda pozuntuları barədə akt, arayış və hesabatlar hazırlayır; Aşkarlanmış problemlərin aradan qaldırılması üçün tədbirlər planı hazırlanmasında iştirak edir və icra vəziyyətinə nəzarət edir; Şirkətin daxili nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində təkliflər verir; Müqavilələrin, öhdəlik sənədlərinin və təsdiq proseslərinin şirkət prosedurlarına uyğunluğunu yoxlayır; Əməliyyatların qanunvericiliyə və şirkət daxili normativ sənədlərə uyğun aparılmasına nəzarət edir; Audit yoxlamaları zamanı aidiyyəti əməkdaşlardan izahat və əlavə məlumatlar tələb edir; Rəhbərlik tərəfindən verilmiş tapşırıqlar əsasında planlı və ya plandankənar audit yoxlamaları həyata keçirir; Aylıq, rüblük və illik audit hesabatlarını hazırlayaraq rəhbərliyə təqdim edir; Şirkət üzrə maliyyə itkilərinə və ya intizam pozuntularına səbəb ola biləcək halları araşdırır və nəticələr barədə rəhbərliyə məlumat verir; Daxili audit proseslərində məxfilik prinsipinə riayət edir və xidməti məlumatların qorunmasını təmin edir; Şirkətin fəaliyyət səmərəliliyinin artırılması məqsədilə proseslərin optimallaşdırılması üzrə təkliflər hazırlayır; Audit zamanı əldə olunan məlumatları sistemləşdirir, analiz edir və arxivləşdirir; İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək. Tələblər 1–3 ilədək uyğun sahədə iş təcrübəsi; Dinamiklik, gərginliyə davamlılıq, ünsiyyət və təqdim etmə bacarığı; Rəhbərliyin verdiyi aidiyyəti tapşırıqların yerinə yetirilməsi; Komandada işləmə bacarığı. İş şəraiti İş qrafiki: 6 günlük; Nahar yeməyi və servis avtobusu şirkət tərəfindən təmin olunur; Əmək haqqı: razılaşma yolu ilə; İş yeri: Sahil qəsəbəsinin yaxınlığı, Salyan şossesi, 32 km. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.