Vakansiya haqqında
“Caspian İndustrial Construction” MMC vakansiya elan edir!
Əsas vəzifə öhdəlikləri:
Anbara daxil olan mal-materialların qəbulunu, yoxlanılmasını və düzgün yerləşdirilməsini təmin etmək;
Malların giriş-çıxış uçotunu aparmaq və müvafiq sənədləşməni həyata keçirmək;
Anbar qalıqlarına gündəlik nəzarət etmək;
Materialların düzgün və təhlükəsiz saxlanılmasını təmin etmək;
Müntəzəm inventarizasiya və sayımlarda iştirak etmək;
Anbarın səliqəli və nizamlı vəziyyətdə saxlanılmasına nəzarət etmək;
Mal-materialların təhvil-təslim prosesini həyata keçirmək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Namizədə tələblər:
Anbardar vəzifəsində minimum 2-3 il iş təcrübəsi;
1C proqram təminatı ilə işləmə bacarığı, anbar uçotu proqramlarından istifadə bacarığı, Sənəd dövriyyəsi biliyi, Fiziki yüklərə davamlılıqAnbar uçotu və sənədləşmə qaydaları barədə bilik;
Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
Fiziki cəhətdən sağlam olmaq;
Komandada işləmək bacarığı;
Tikinti sahəsində anbar təcrübəsinin olması üstünlükdür.
İş şəraiti:
İş yeri: Sumqayıt
İş qrafiki: 6 günlük iş rejimi
Nahar: Təmin olunur
Əmək müqaviləsi: Rəsmi rəsmiləşdirmə
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən mövzu hissəsində “Anbardar” qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
