Vakansiya haqqında
Vəzifə funksiyaları
Xarici vendorlarla kommunikasiya yaradılmasını təmin etmək;
Markanın kateqoriyalar üzrə alış/satış planlarının (rüblük, illik) hazırlamasını təmin etmək;
Marka üzrə promo materialların hazırlanmasını təmin etmək;
Bazar trendini izləmək, mütəmadi olaraq bazar araşdırması həyata keçirmək, rəqib marka/modelləri araşdırmaq;
Marka üzrə məhsul satışının həyata keçirilməsi üçün dəstək vermək;
Marketing komandasına video çəkiliş və sosial şəbəkələrdə paylaşılması üçün detallı məhsul siyahısı və şəkillərini göndərmək;
Reklamların yerləşdirilməsi üçün yerləri və ölçüləri təyin etmək.
Tələblər
Müvafiq sahədə 1-2 il iş təcrübəsi olmalı;
Microsoft Office proqramlarında sərbəst işləməli;
İngilis dili biliyi;
Analitik düşünmə tərzi, ünsiyyətcil olmalı və təqdimat bacarmalı;
Strateji planlaşdırma və problemləri həll etməli;
Operativ və düzgün qərar verməyi bacarmalı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
