Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Araz Supermarket

Xərclərə nəzarət üzrə Analitik

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Araz Supermarketlər Şəbəkəsi "Xərclərə nəzarət üzrə Analitik" vakansiyası üzrə işə qəbul elan edir! Öhdəliklər Şirkətin əməliyyat və inzibati xərclərinin mütəmadi monitorinqini həyata keçirmək; Faktiki xərcləri büdcə və plan göstəriciləri ilə müqayisə etmək və kənarlaşmaları analiz etmək; Xərc artımlarının səbəblərini müəyyənləşdirmək və optimallaşdırma imkanlarını təhlil etmək; Filiallar, departamentlər və xərc mərkəzləri üzrə xərclərin analizini aparmaq; Aylıq, rüblük və illik xərc hesabatlarını hazırlamaq; Xərc dinamikası və trend analizləri aparmaq; Büdcələşdirmə və forecast proseslərinə analitik dəstək göstərmək; Xərclərin effektivliyinin artırılması ilə bağlı təkliflər hazırlamaq; Maliyyə, satınalma və digər aidiyyəti departamentlərlə koordinasiyalı işləmək; Rəhbərlik üçün analitik təqdimatlar və idarəetmə hesabatları hazırlamaq. Tələblər Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahədə ali təhsil; Analitika, maliyyə nəzarəti, büdcələşdirmə və ya xərc analizi sahəsində iş təcrübəsi; Retail/FMCG sektorunda təcrübə üstünlükdür; Excel üzrə yüksək səviyyədə bilik; Böyük həcmli məlumatlarla işləmək və analitik hesabatlar hazırlamaq bacarığı; Maliyyə göstəricilərini analiz etmək və nəticələri biznes dilində təqdim etmək bacarığı; Diqqətlilik, sistemlilik və güclü analitik düşüncə; SAP ilə iş təcrübəsi üstünlükdür; Power BI biliyi üstünlükdür. SAP bilikləri üstünlükdür Təminatlar Nahar ilə təmin edilmə Əmək bazarına uyğun rəqabətli əmək haqqı 5 günlük iş qrafiki Servis xidməti mövcuddur Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Xərclərə nəzarət üzrə Analitik” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.