Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Predsol

Qaynaqçı

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri Qaz xətləri, metal konstruksiyalar və borular üzrə qaynaq işlərini yerinə yetirmək; Boruların kəsilməsi, birləşdirilməsi və montajını texniki tələblərə uyğun həyata keçirmək; Yarımavtomat və qaz qaynağı aparatlarından düzgün və təhlükəsiz istifadə etmək; Qaynaq edilən materiala uyğun elektrod, avadanlıq və qaynaq üsulunu seçmək; Qaynaq tikişlərinin keyfiyyətini yoxlamaq, qüsurları müəyyən etmək və aradan qaldırmaq; Nasaz metal hissələrin və avadanlıqların təmirini həyata keçirmək; İstifadə olunan odluq, reduktor, balon və nəzarət-ölçü cihazlarının sazlığını yoxlamaq; Texniki çertyoj və sxemlərə uyğun işləmək; Aşkar olunmuş nasazlıq və təhlükəli hallar barədə dərhal qrup rəhbərinə məlumat vermək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək. Namizədə tələblər Orta və ya orta ixtisas təhsili; Qaynaqçı ixtisasını təsdiq edən peşə hazırlığı sənədi və ya sertifikat; Qaynaq işləri üzrə müvafiq iş təcrübəsi; Yarımavtomat və qaz qaynağı aparatlarının texniki istismar qaydalarını bilmək; Qaynaq tikişlərinin növləri, yarana biləcək qüsurlar və onların aradan qaldırılması üsulları barədə bilik; Elektrodların növlərini və qaynaq tikişlərinin texnoloji ardıcıllığını bilmək; Odluq, reduktor, balon və nəzarət-ölçü cihazlarından təhlükəsiz istifadə bacarığı; “Təbii qazdan istifadə Qaydaları”nı və qazdan təhlükəsiz istifadə üzrə təlimatları bilmək; Məsuliyyətli, intizamlı, diqqətli və komanda ilə işləmək bacarığı. Əlavə məlumat Servis şirkət tərəfindən təmin olunur. Əmək haqqı: razılaşma əsasında. İş qrafiki: həftənin 5 günü, 08:00–17:00 (əlavə iş saatları nəzərə alınır). Tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Qaynaqçı” mövzu başlığı ilə göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.