Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Qrupun fəaliyyətini həftəlik və aylıq iş planlarına uyğun təşkil etmək, əməkdaşlar arasında iş bölgüsü aparmaq;
Qaz sayğaclarının sökülməsi, quraşdırılması, dəyişdirilməsi və plomblaşdırılması işlərinə nəzarət etmək;
Çilingər və qaynaqçıların işini əlaqələndirmək, işlərin vaxtında və keyfiyyətlə icrasını təmin etmək;
Nəzarət-ölçü cihazlarının təmiri, sazlanması, sınağı, quraşdırılması və təhvil verilməsi prosesini təşkil etmək;
Məlumatların toplanmasını və məsafədən ötürülməsini təmin edən avtomatik tənzimləmə qurğularının yoxlanılmasına və sazlanmasına nəzarət etmək;
Sayğac dəyişdirilməsi üzrə aktlaşdırma məlumatlarının mobil tətbiq vasitəsilə planşetə və ya mobil cihaza tam və düzgün daxil edilməsini təmin etmək;
Sayğac dəyişdirildikdən sonra ölçmə vasitələrinin işlək vəziyyətinin və mümkün qaz sızmalarının yoxlanılmasını təmin etmək;
Görülmüş işlər üzrə gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq və təqdim etmək;
Aşkar olunmuş nasazlıqlar, qaz sızmaları, qəza riski və digər təhlükəli hallar barədə aidiyyəti şəxslərə dərhal məlumat vermək;
İşlərin əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi tələblərinə uyğun aparılmasına nəzarət etmək;
Qrupa təhkim olunmuş alət, avadanlıq və nəqliyyat vasitələrinin düzgün istifadəsini və qorunmasını təmin etmək.
Namizədə tələblər
Müvafiq ixtisas sahəsi üzrə ali təhsil olduqda minimum 1 il, orta ixtisas təhsili olduqda minimum 2 il müvafiq iş təcrübəsi;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
Müvafiq kompüter proqramları, planşet və mobil tətbiqlərlə işləmək bacarığı;
Məişət qaz cihazlarının texniki istismar qaydalarını bilmək;
Ölçmə vasitələrinin normativ tələblərə uyğun quraşdırılması qaydalarını bilmək;
Qazın şəbəkəyə buraxılması, qaz avadanlığının şəbəkəyə qoşulması və montajı üzrə bilik;
“Təbii qazdan istifadə Qaydaları”nı, qazdan təhlükəsiz istifadə üzrə təlimatları və qaz şəbəkələrinin təhlükəsiz istismarı qaydalarını bilmək;
Komandanın idarə edilməsi, iş bölgüsü, operativ qərarvermə və hesabat hazırlamaq bacarığı;
Məsuliyyətli, intizamlı, diqqətli və yüksək təşkilatçılıq qabiliyyəti.
Əlavə məlumat
Servis şirkət tərəfindən təmin olunur.
Əmək haqqı: razılaşma əsasında.
İş qrafiki: həftənin 5 günü, 08:00–17:00 (əlavə iş saatları nəzərə alınır).
Tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Quraşdırma qrupunun rəhbəri” mövzu başlığı ilə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
