Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Təsdiq edilmiş plana və təqdim olunmuş siyahıya uyğun qaz sayğaclarını sökmək və yenisi ilə əvəz etmək;
Nəzarət-ölçü cihazlarının təmiri, sazlanması, sınağı və quraşdırılması işlərini həyata keçirmək;
Planlı və növbədənkənar sayğac dəyişdirilməsi işlərini yerinə yetirmək;
Qaz xəttinin, birləşdirici elementlərin və armaturların saz vəziyyətdə olmasını yoxlamaq;
Sayğacları plomblaşdırılma üçün hazır vəziyyətə gətirmək;
Sayğac dəyişdirildikdən sonra avadanlığın işlək vəziyyətini və mümkün qaz sızmalarını yoxlamaq;
Qaz sızması, qəza və ya təhlükəli hal aşkar etdikdə dərhal qrup rəhbərinə məlumat vermək və ilkin təhlükəsizlik tədbirlərini görmək;
Zərurət yarandıqda qrup rəhbərinin göstərişi ilə qaynaqçıya kömək etmək;
İstifadə olunan alət və avadanlıqları saz və təhlükəsiz vəziyyətdə saxlamaq;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.
Namizədə tələblər
Minimum 18 yaş;
Orta və ya orta ixtisas təhsili;
Müvafiq peşə hazırlığı və ya çilingərlik üzrə sertifikatın olması üstünlükdür;
Çilingər və ya oxşar texniki vəzifədə müvafiq iş təcrübəsi;
Qaz sayğaclarının və nəzarət-ölçü cihazlarının quraşdırılması qaydalarını bilmək;
Əl alətləri və ölçü cihazlarından istifadə bacarığı;
Tibbi müayinədən keçmiş və fiziki işə yararlı olmaq;
Əməyin mühafizəsi və hərəkətin təhlükəsizliyi üzrə təlim keçmək;
Məsuliyyətli, intizamlı, diqqətli və komanda ilə işləmək bacarığı.
Əlavə məlumat
Servis şirkət tərəfindən təmin olunur.
Əmək haqqı: razılaşma əsasında.
İş qrafiki: həftənin 5 günü, 08:00–17:00 (əlavə iş saatları nəzərə alınır).
Müraciət qaydası: Tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Çilingər” mövzu başlığı ilə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
