Vakansiya haqqında
Tofun — Azərbaycan bazarı üçün yeni rezervasiya və ödəniş platformasıdır. Biznes sahiblərinə cədvəl, müştəri idarəsi və ödənişi bir yerdə birləşdirən sadə bir alət təqdim edirik. Məhsul hazırdır, indi onu bazara çıxaracaq insanı axtarırıq.
Nə ilə məşğul olacaqsınız
Bakıda biznes sahibləri ilə üzbəüz görüşüb Tofun-u təqdim edəcəksiniz
Onları platformaya qoşulmağa inandıracaq, ilk müştəri bazamızı praktiki olaraq siz quracaqsınız
Sahədən topladığınız təcrübəni — işləyən arqumentləri, eşitdiyiniz etirazları — birbaşa komandaya çatdıracaqsınız
İlk satışlarınız komandanın gələcək satış yanaşmasını formalaşdıracaq
Kimi axtarırıq
Satış sahəsində təcrübəyə malik olan
Soyuq satışda özünü rahat hiss edən, tanımadığı insanla dəqiqələr içində güvən qura bilən
Rədd cavabından yorulmayan — bu işdə "yox" eşitmək gündəlik hadisədir, fərq onu eşidəndən sonra nə etdiyinizdədir
Kiçik biznes dünyasını tanıyan, ya da bu mühitdə əlaqələri olan (üstünlükdür, amma şərt deyil)
Öyrənmək istəyi və nəticəyə aclığı olan
Təklifimiz
Rəqabətqabiliyyətli baza maaş (danışıq yolu ilə müəyyənləşəcək) və əlavə komissya
Komanda böyüdükcə liderlik mövqeyinə keçmək real imkandır
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
